Mədəni 17.05.2025 22:15

“Xalçada, abidədə, məzar daşında, zərgərlikdə türk nişanları” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi Azərbaycanda naxış və simvolların motivi türk inancına söykənir” adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru Türkan Abbaslı Qərbi Azərbaycanın mədəni irsindən söz açıb.

O bildirib ki, Qərbi Azərbaycanda naxış və simvolların motivi türk inancına söykənir. Oradakı artefaktlar onu yaradanların etnik kimliyini sübut edir. Qərbi Azərbaycanda şifahi və tətbiqi sənətdə türk mahiyyəti həmişə qorunub. Türk yaşadığı yerdə izini damğa ilə qoyub.

Onun sözlərinə görə, Qərbi Azərbaycan mədəniyyətinin erməniləşdirilməsi danılmaz faktdır: “Qərbi Azərbaycanda olan mədəni irs erməni mahiyyətindən uzaqdır. Donuz saxlayan erməni xalça toxuya bilməzdi”.

T.Abbaslı Qərbi Azərbaycan incəsənətinin türk kimliyindən danışıb, xalçada, üzükdə hansı işarəyə görə onun sahibinin ilahi varlıq tərəfindən qorunmasına aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 17-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
İdman, Sosial / 19.05.2025 10:18
Çəmbərək Rayon İcması gənclərə hər zaman dəstək verir - FOTO
Mədəni / 17.05.2025 22:15
“Xalçada, abidədə, məzar daşında, zərgərlikdə türk nişanları” - VİDEO
Siyasi, Sosial / 16.05.2025 22:05
“Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.05.2025 14:22
“Vətən üçün burnumun ucu göynəyir” – Güllü Qocayevanın həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 22:54
Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 14:22
“Zəngəzurda böyük eksklav yaradılacaq?” – ANONS - VİDEO
Siyasi, Sosial / 14.05.2025 22:23
Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını - VİDEO
Siyasi, Sosial / 14.05.2025 13:37
Tumanyanın fahişə diplomatiyası – ANONS - VİDEO
Mədəni / 14.05.2025 09:22
Bakıda “Muğam” Televiziya Müsabiqəsinə start verilib - FOTO - VİDEO
Siyasi, Sosial / 13.05.2025 22:57
Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 18:53
“İrəvan erməniləri Qarabağ ermənilərini niyə bəyənmirlər?” - VİDEO
Siyasi, Sosial / 13.05.2025 14:51
Hayların ölü kəndə çevirdiyi məkan – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 13:22
Qarabağ erməniləri qıpçaq albanların törəməsidir – ANONS - FOTO - VİDEO
Müsahibə, Mədəni / 12.05.2025 22:56
“Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır” - VİDEO
İdman / 11.05.2025 17:09
Turan Nəbiyev 13 yaşlılar arasında birinci olub - FOTO
Elm və təhsil / 10.05.2025 22:15
“Sufizm türk şamanizmindən yaranıb” - VİDEO
Siyasi, Sosial / 09.05.2025 22:32
“Heydər Əliyev Moskvada vəzifəyə seçiləndə ermənilər çaxnaşmaya düşmüşdülər” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.05.2025 13:22
“Quş olub kəndimizə uçmaq istəyirəm” – Kifayət Nəzərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi / 09.05.2025 11:22
Babamın “qara kağızı”… Əsgər Əlioğlu - FOTO
Siyasi, Təhlil / 08.05.2025 22:14
Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır? - VİDEO
Siyasi / 08.05.2025 14:09
Njdenin Zəngəzurda abidəsi söküləcək – ANONS - VİDEO
Sosial / 07.05.2025 22:56
“İranlılar Ermənistana sərxoş olmağa, qızlara görə gəlirlər” - VİDEO
Sosial / 07.05.2025 14:22
İrəvanda nə qaldı? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.05.2025 22:36
Axta, Axtala – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 06.05.2025 18:51
“Ermənistan fürsətdən istifadə edib Azərbaycanın uzatdığı əli qəbul etməlidir” - VİDEO
Siyasi, Sosial / 06.05.2025 14:31
Padarların saldığı oğuz yurdu – ANONS - VİDEO