Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatıb – YENİLƏNİB - FOTO
Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi başa çatıb.
Rakus.az xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədovla yanaşı, nazirlər, deputatlar, görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Mərasimin ardınca Xalq artistinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.
Teatrına gəliblər.

Baş nazir Əli Əsədov Xalq artisti Rasim Balayevlə vida mərasimində iştirak edir.
Mərhum sənətkarla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir.
Xatırladaq ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.

11.53
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.
Mərasim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutur.
Xalq artisti ilə vida mərasimində ailə üzvləri ilə yanaşı, görkəmli sənətkarlar, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
04.01
Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.
cənazəni gətirən təyyarə hava limanına enib.

Xatırladaq ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinci Fəxri xiyabanda dəfn edilməsi planlaşdırılır.
Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi axşam, yerli vaxtla saat 22:25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə İstanbul Hava Limanından Bakıya yola salınacaq.
Cənazəni gətirən təyyarənin 30 mart, saat 02:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi gözlənilir.
Aktyorla vida mərasimi martın 30-da, saat 12:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.
Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır.
Cənazə xəstəxanadan çıxarılaraq məscidə aparılıb, zəruri prosedurlar yerinə yetirildikdən sonra təyyarə ilə Bakıya göndəriləcək.
Bundan başqa, qeyd olunub ki, aktyor I Fəxri xiyabanda dəfn ediləcək. Rasim Balayevlə vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulub.
Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı yeni təfərrüat məlum olub.
Tanınmış aktyor bir müddətdir onkoloji xəstəlik səbəbindən müalicə alırmış.
Bildirilib ki, onun səhhəti iki gün əvvəl qəfil pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün səhər saatlarında isə vəziyyəti daha da ağırlaşıb və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Rasim Balayev ötən il Bakıda əməliyyat olunub, daha sonra kimyaterapiya kursu keçib.
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
Tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında 77 yaşında dünyasını dəyişib.

Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı.
O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Qeyd edək ki, Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub.
O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən teatr studiyasında da çalışıb.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.
1976-cı ildə “Azərbaycan SSR Əməkdar artisti”, 1982-ci ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı (“Atları yəhərləyin” bədii filmində “Səlim bəy” roluna görə) təqdim olunub. 1988-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri, “Heydər Əliyevin 100 illiyi” (1923-2023) yubiley medalı, 2019-cu ildə Cəfər Cabbarlı mükafatı, həmçinin bir sıra digər dövlət mükafat və medalları ilə təltif olunub.
R.Balayev 5 mart 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmişdi. (Report.az. Oxu.az)














