Elm və təhsil 25.12.2024 22:26

“Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Səlim Karvansarasının üzərində olan müəmmalı yazılının açılışı” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə ermənilərin Dərələyəzdə Elxani hökmdarına aid abidələri saxtalaşdırma əməllərindən, Azərbaycan boyu abidələr üzərində olan Günəş-Ulduz damğasının mənasından bəhs olunur.

Bildirilir ki, Elxanilər hökmdarının fəaliyyəti erməni mənbələrində  danılıb: “Belə ki, 1316-1335-ci illərdə Elxanilər dövlətinin 9-cu hökmdarı olan Sultan Əbu Səid Bahadur xan tərəfindən Dərələyəz mahalının Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında Ağkənd (Ağcanadzor) kəndinin yuxarısında Səlim karvansarası tikilib. Lakin erməni dilində olan yazılarda qeyd olunur ki, guya bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar Orbelyan tərəfindən tikilib. Xan Bahadura aid mülklərin hamısı orbelyanların adına çıxılıb. Abidənin içərisindəki erməni dilində olan yazı sonradan əlavə olunub. Ümumiyyətlə, Dərələyəzdə olan abidələr üzərində olan türk damğaları günəş və ulduz işarəsi türk inancından yaranıb”.

Süjetdə Səlim Karvansarasının üzərində olan müəmmalı yazılıya, Çingiz xanın qorçusu Çormoğon Noyonun Dərələyəzdəki fəaliyyətinə, Azərbaycan boyu abidələr üzərində olan Günəş-Ulduz damğasının mənasına aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 25-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb. 

XƏBƏR LENTİ
Elm və təhsil / 25.12.2024 22:26
“Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar” - VİDEO
Gündəm / 25.12.2024 15:32
Azərbaycanda matəm elan edildi – SƏRƏNCAM
Gündəm, Hadisə / 25.12.2024 15:04
Aktauda baş verən təyyarə qəzasında son durum – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil / 25.12.2024 13:40
Gənclərin Qərbi Azərbaycana qayıdış istəyi – Anar İrzaquliyev yazır - FOTO
Elm və təhsil / 25.12.2024 13:22
Orbelyanların Elxanilər saxtakarlığı – ANONS
Mədəni / 25.12.2024 11:36
“Mən ruhlar arasında körpü olmaq istəyirəm” – Səbinə İlyasova ilə MÜSAHİBƏ
Siyasi, Sosial / 24.12.2024 21:40
Alagöz – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 24.12.2024 18:20
“İran yeganə ölkədir ki, Suriyada tamamilə uduzub və darmaduman olub” - VİDEO
Gündəm, Təhlil / 24.12.2024 17:33
Azərbaycan diplomatiyası son 21 ildə - FOTO - VİDEO
Gündəm / 24.12.2024 16:45
Prezident İlham Əliyevə təbrik məktubları gəlir – YENİLƏNİR
Təhlil / 24.12.2024 15:37
Tehranın 30 milyardlıq Əsəd sərmayəsi – Ankaranın xilaskarlıq missiyası – TƏHLİL - FOTO
Siyasi / 24.12.2024 14:38
Muş ermənilərinin yerləşdirildiyi məkan – ANONS - VİDEO
Müsahibə / 24.12.2024 13:11
“Meşin dərili Böyük Ermənistan” – ANONS
Gündəm / 24.12.2024 10:00
Vətənə, xalqa xidmətə həsr edilən ömür - FOTO - VİDEO
Gündəm / 24.12.2024 00:01
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Müsahibə / 23.12.2024 22:24
“Vətən müharibəsində 1200-dən çox peşəkar idmançı iştirak edib” - FOTO - VİDEO
Təhlil / 23.12.2024 17:48
Ermənistanın vandal əməlləri – Dünyanın 77 il susduğu cinayət – TƏHLİL - FOTO
Sosial / 22.12.2024 12:29
Əmirxeyir kənd İcmasının bayram tədbiri olub - FOTO
Siyasi / 22.12.2024 11:36
Qərbi Azərbaycan İcmasında ümumi yığıncaq keçirilib - FOTO
Mədəni / 21.12.2024 22:37
“Oğlanların ciyəraxşamı mərasiminin əsas qaydaları” - FOTO - VİDEO
Siyasi / 21.12.2024 16:12
ADA diplomatik xidmət orqanlarının vahid sisteminə daxil edilməlidir – TƏKLİF
Siyasi, Sosial / 20.12.2024 22:14
“Ermənilərin ən böyük cinayəti 1905-ci ildə “Cəngi soyqırımı” olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.12.2024 13:12
“Cəngi soyqırımı”ndan Spitak zəlzələsinə – Aydın Haqverdiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 20.12.2024 11:59
Rizvan Nəbiyev: “Ermənistan bütün məsələlərə ziddiyyətli yanaşır” - FOTO
Siyasi, Təhlil / 19.12.2024 22:08
“Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.12.2024 13:56
İrəvan dayağını itirir – ANONS - VİDEO