İqtisadi 05.10.2019 12:00

Xarici bazarlara ortaq turizm məhsulları çıxarılacaq

Azərbaycan və Gürcüstan xarici bazarlarda, xüsusilə də Asiya ölkələrində ortaq turizm məhsulları təqdim edəcək.

Rakus.az xəbər verir ki, bu barədə  Gürcüstan Milli Turizm Administrasiyasının (GNTA) rəhbəri Mariam Kvrivişvili məlumat verib. Onun sözlərinə görə, hər iki ölkə regiona daha çox turistin cəlb edilməsində maraqlıdır və bu tərəflərə ortaq hərəkət etmək üçün stimul verir: “Azərbaycanla birgə bir sıra ortaq layihələrin həyata keçirilməsi nəzərdən keçirilir. Hər iki ölkə regiona daha çox turistin cəlb edilməsində maraqlıdır. Xüsusilə də Çin, Koreya, Yaponiya kimi uzaq ölkələrdən regiona gələn turistlər bir deyil, bir neçə istiqamətə səyahət etməyə meyllidirlər. Beləliklə biz güclərimizi birləşdirmək üçün fürsət yarandığını görürük. Bu, əlbəttə, bizim kommunikasiyamızın başlanğıcıdır və biz güman edirik ki, güclərimizi birləşdirmək üçün qarşıda daha çox fürsət yaranacaq”.

Azərbaycan və Gürcüstan arasında kombinə tur paketlərinin yaradılmasının bir sıra üstünlüklər verə biləcəyini deyən M. Kvrivişvili qeyd edib ki, bu sahədə hər iki tərəf  birgə fəaliyyət göstərməyə hazırdır: “Ən vacib olan odur ki, hər iki ölkənin turizm nümayəndələri, özəl sektor nümayəndələri dəqiq hazırlanmış kombinə tur paketləri əldə etsinlər. Nəticə etibarilə turizm sahəsi ilə  məşğul olanlar özəl sektor nümayəndələridir. Biz daha çox bu cür layihələrin həyata keçirilməsinin, turistlərə və tur operatorlarına satışının təşkilinin mümkünlüyü haqqında məlumatlandırma ilə məşğul olacağıq. Göstərəcəyik ki, bu istiqamət potensial olaraq cəlbedicidir, hər iki ölkə üçün də böyük üstünlüklər verə bilər. Əlbəttə ki, biz bunu birgə etməyə ümidvarıq”.

Tbilisidə Azərbaycan Turizm Bürosunun “Azerbijan.Travel” qonaq mərkəzinin açılmasına toxunan Mariam Kvrivişvili qeyd edib ki, bu  ölkələr arasında turizm sahəsində əlaqələrin daha da inkişafına təkan verəcək: “Paytaxtımızda belə bir mərkəzin açılması bizim üçün  çox xoşdur. Bizim turizm sahəsi də daxil olmaqla Azərbaycanla bir çox istiqamətdə güclü və səmimi əməkdaşlığımız var. Azərbaycan Turizm Bürosunun və Azərbaycan Dövlət  Turizm Agentliyinin rəhbərləri ilə çox məhsuldar keçən görüşümüz zamanı qərar verdik ki, əməkdaşlığımızı daha da gücləndirək və hətta xarici ölkələrdə bir sıra ortaq layihələr həyata keçirək. Düşünürük ki, bu ofisin açılması bizim vətəndaşlarımız, xalqımız üçün çox önəmlidir. Bu Gürcüstan vətəndaşlarına Azərbaycana səyahət etməyə yardım edəcək. Həmçinin biz də Azərbaycanlı turistləri öz ölkəmizdə görməkdən məmnunuq”.

Mariam Kvrivişvili həmçinin bildirib ki, Azərbaycandan Gürcüstana gələn turistlərin sayı ənənəvi olaraq artır və bu ölkələr arasında turizm sahəsində müsbət dinamikadan xəbər verir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS