İdman 16.06.2019 22:46

“Xəzər-Lənkəran” mini-futbol üzrə qalib oldu - FOTO

Astara Olimpiya İdman Kompleksində “Topaz Futbol Festivalı-2019” çərçivəsində mini-futbol üzrə regional turnir keçirilib.

Rakus.az xəbər verir ki, regional turnirdə Astara, Lənkəran, Masallı və Lerik rayonlarını təmsil edən 8 komanda qələbə uğrunda mübarizə aparıb.

Turnirin açılış mərasimində çıxış edən “Cənub” Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev yarış iştirakçılarına qələbə sevincləri arzulayaraq, ölkəmizdə idmanın inkişafı sahəsində görülmüş işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıblar.

Diqqətə çatdırılıb ki, “Topaz Futbol Festivalı”nın keçirilməsində məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də mini-futbolun kütləviliyini təmin etməkdir.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirin finalında “Xəzər-Lənkəran” və “Masallı” komandaları qarşılaşıblar.

Final görüşündə daha inamlı oyun nümayiş etdirən “Xəzər-Lənkəran” komandası rəqibinə 2:1 hesabı ilə qalib gələrək regional turnirin qalibi olub. Astaranın “Ərçivan” komandası isə turnirdə üçüncü yeri tutub.

Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin məktəblilərin ifasında konsert və nümunəvi çıxışlar təqdim olunub.

İdmanın futbol növünə aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə edilib.

Xatırladaq ki, “Topaz Futbol Festivalı-2019” çərçivəsində ölkəmizin 6 bölgəsini əhatə edən turnirin qalibləri iyulun 13-14-də Bakıda keçiriləcək final yarışlarında qarşılaşacaqlar.

Mini-futbol üzrə növbəti regional yarışlar iyunun 22-23-də Gəncə, iyunun 29-30-da Qaxda və iyulun 6-7-də isə Sumqayıtda keçiriləcək.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS