Siyasi 19.10.2020 12:53

XİN Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirdi

Xarici işlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarının yayılması ilə bağlı məsələyə münasibət bildirib.

Rakus.az xəbər verir ki, o deyib:

“Bu, növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür. Təəssüflə bildirmək istərdik ki, tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluq, hətta Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib və bunların arasında 24 türk diplomatı qətlə yetirilib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə edilib”.

L.Abdullayeva qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində əl atdıqları təxribat nəticəsində də xarici ölkələrdəki radikal erməni qüvvələri tərəfindən yerli azərbaycanlı icma üzvlərinə, eləcə də diplomatlarımıza qarşı son dərəcə aqressiv əməllərin və nifrət zəminində cinayətlərin törədildiyi müşahidə edilib:

“Erməni radikal ünsürləri tərəfindən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdid dolu ismarışların, hətta onların öldürülməsi çağırışlarının yayılmasını qətiyyətlə pisləyirik.

Bildiyiniz kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir və bu xüsusda, tərəfimizdən xarici ölkələrdəki diplomatlarımızın mühafizəsinin, təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirlərinin görülməsi üçün müvafiq müraciətlər göndəriləcək”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO