Siyasi 08.09.2020 13:48

XİN başçısı Türk Şurasının Baş katibi ilə görüşdü

Sentyabrın 8-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rakus.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətindən, təşkilat çərçivəsində iştirakçı ölkələrin sayının artımından, təşkilatın sonuncu zirvə görüşünün Bakıda uğurla həyata keçirilməsi və əldə olunmuş nəticələrdən, eləcə də Azərbaycanın Türk Şurası ilə əməkdaşlığından məmnunluqla danışıb. Türk Şurasının beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı və beynəlxalq platformalarda təşkilatın statusu məsələsi qeyd olunub.

Nazir Türk Şurasının Azərbaycanın təhlükəsizliyinə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri, başda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, digər beynəlxalq təşkilatların qərarlarına əsaslanan prinsipial mövqeyini vurğulayaraq, bu xüsusda Baş katibə təşəkkürünü bildirib.

Bağdad Amreyev Azərbaycanın Türk Şurasında iştirakını və rolunu yüksək qiymətləndirib. Sonuncu Bakı Zirvə görüşünün təşkilatın fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ olduğunu qeyd edən Baş katib hazırda təşkilat çərçivəsində geniş spektrli məsələlər üzrə daha sıx əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsi istiqamətində addımların atıldığını bildirib. Azərbaycanı Türk Şurasına uğurlu sədrliyi münasibətilə təbrik edən, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən və pandemiya ilə mübarizəyə həsr olunan videogörüş formatlı Zirvə Görüşü, eləcə də digər istiqamətlər üzrə həyata keçirilən videogörüşlərdən məmnunluqla bəhs edən Bağdad Amreyev Azərbaycanın növbəti sədrliyədək təşkilata rəhbərliyi müvəffəqiyyətlə davam etdirəcəyindən əminlik ifadə edib. Türk Şurasının Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini hər zaman dəstəklədiyi qeyd olunub.

Görüş zamanı tərəflər, habelə Türk Şurası çərçivəsində geniş sahələr üzrə həyata keçirilən əməkdaşlıq gündəliyi üzrə, növbəti zirvə görüşünün təşkilinə dair, eləcə də təşkilatın gələcək inkişafı yolları ətrafında fikir mübadiləsi aparıblar.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO