Siyasi 25.06.2020 18:00

“Ermənilər yanğınları qəsdən törədiblər”- XİN - FOTO

“Azərkosmos”un “Azersky” peyki vasitəsilə bu ilin iyun ayı ərzində Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan tərəfindən törədilən yanğınların monitorinqi nəticəsində alınan təsvirlərin təhlilinə əsasən, Azərbaycanın Tərtər rayonunun işğal altında olan, Ermənistanın mövqeləri istiqamətində təmas xəttinə yaxın Göyarx kəndi və kəndin yaxın ətrafında yanğınlar törədilib. Bu günədək əldə olunan peyk təsvirlərinin analizinə əsasən, sözügedən ərazidə törədilən yanğınlar 866 hektar sahəni əhatə edir.

Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Həmçinin, cari ilin iyun ayının əvvəlindən bu günə qədər Azərbaycanın işğal altında olan Ağdam rayonunun Xıdırlı, Seyidli, Sarıcalı və Yusifcanlı yaşayış məntəqələri, Xocavənd rayonunun Muğanlı yaşayış məntəqəsi, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı və Horadiz yaşayış məntəqələri ətrafında geniş miqyaslı yanğınların törədildiyi müşahidə olunub. Ermənistan tərəfinin törətdiyi bu ekoloji terror nəticəsində yanğının yayılma sahəsi 2 422 hektara çatıb. Hazırda qeyd edilən ərazilər üzrə “Azersky” peyki vasitəsilə gündəlik monitorinqlər davam etdirilir.

Göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən yanğınların törədilməsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdirir. Ermənistanın bu qanunsuz fəaliyyəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, bu ərazilərin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib.

Beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüquq normalarını və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq, ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyət həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətə cəlb olunan bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.

Azərbaycan ərazilərinin hərbi işğalı müvəqqəti xarakter daşıyır və bu torpaqlar onun əsl sahibinin nəzarətinə qaytarılacaq. İşğalçı Ermənistan isə Azərbaycan tərəfinə vurduğu zərəri ödəyəcək və bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcək”, – XİN-dən bildirilib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO