Siyasi 03.10.2020 16:23

XİN Ermənistanı ifşa etdi

“Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün qarşısının alınması və təmas xətti boyunca sıx məskunlaşmış mülki vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi cavab tədbirləri çərçivəsində Ermənistan öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspora üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrinə cəlb etmək üçün addımlar atır”.

Rakus.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edilib ki, Azərbaycan tərəfində olan məlumatlara, o cümlədən, açıq informasiya mənbələrində yer alan xəbərlərə görə, Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları olan minlərlə erməni mənşəli şəxsin döyüşlərdə iştirak üçün işğal olunmuş ərazilərimizə gəldiyi və ya gəlməyə hazırlaşdığı bildirilir:

“Bir çox hallarda Ermənistan hökuməti və xaricdə fəaliyyət göstərən erməni diaspora təşkilatları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində davam edən hərbi əməliyyatlarda iştirak etmək məqsədilə erməni diaspora üzvlərinə Ermənistana təcili gəlmə çağırışları edilir, bu ölkələrdə Ermənistana bilet satışı və yığım məntəqələri təşkil olunur.

Bundan əlavə, xeyriyyə cəmiyyətləri və ya qeyri-hökumət təşkilatları statusunda fəaliyyət göstərən bəzi erməni diaspora təşkilatları diaspora üzvlərindən maliyyə ianəsi və digər təchizat materialları toplayaraq Silahlı Qüvvələrimizə qarşı döyüşən silahlı birləşmələrə göndərir”

Nazirlik xatırladır ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2178 (2014) saylı qətnaməsinə əsasən “yaşadıqları və ya vətəndaşlıq mənsubiyyəti olan ölkələri tərk edərək terror əməlləri törətmək, planlaşdırmaq, buna hazırlıq və ya həmin əməllərdə iştirak etmək və ya silahlı münaqişələrlə əlaqəli vəziyyətlər də daxil olmaqla terrorçuluq təlimi keçmək və ya almaq məqsədilə digər ölkə ərazisinə səfər edən şəxslər” “əcnəbi terrorçu döyüşçülər” olaraq müəyyən edilir:

“Ermənistan və erməni diaspora təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətini həyata keçirdiyinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır.

Eyni zamanda, öz ərazilərində Ermənistanın Azərbaycan qarşı terror fəaliyyətlərinin təşkili və maliyyələşməsinə imkan yaradan dövlətlər üçün də beynəlxalq hüquq və bu dövlətlərin milli qanunvericiliklərinə müvafiq məsuliyyət təsbit edilib.

BMT Nizamnaməsinə əsasən icrası məcburi xarakter daşıyan yuxarıda istinad edilən qətnamənin və BMT TŞ-nin 2396 (2017) saylı qətnaməsinin müvafiq operativ bəndlərinə əsasən BMT üzvü dövlətlər başqa ölkələrdə davam edən silahlı münaqişələrdə iştirak məqsədilə ərazilərini tərk edən vətəndaşlarına və ya ölkəsində qanuni əsasda yaşayan digər şəxslərin sərhədkeçmələrinin qarşısını almalı və onlara münasibətdə cinayət qanunvericiliyinə uyğun olaraq müvafiq cəza tədbirləri görməlidirlər.

Mənşə ölkələri özlərinin qeyd edilən beynəlxalq və milli qanunvericilikdən irəli gələn öhdəliklərinə əlavə olaraq, həm də nəzərə almalıdırlar ki, onların vətəndaşları olan “Erməni terrorçu döyüşçülər” sonradan öz ölkələrinə qayıda biləcəkləri halda, terror təlimi görmüş potensial terrorçu olaraq, həmin cəmiyyətlərin təhlükəsizliyi üçün real təhdidə çevriləcəklər.

Bu xüsusda, Azərbaycan tərəfi bütün mənşə və tranzit dövlətlərdən öz vətəndaşlarının Ermənistana artan səfərlərinə xüsusi sayıqlıq nümayiş etdirməsini və sərhədlərdə müvafiq qabaqlayıcı sərhəd nəzarəti tədbirləri görməsini, eləcə də, öz əraziləri daxilində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə və Azərbaycanın mülki əhalisinə qarşı terror fəaliyyətinə dəstək və belə fəaliyyətin maliyyələşdirilməsinə imkan verməməsini tələb edir.

Azərbaycan tərəfi həm ikitərəfli, həm də müvafiq beynəlxalq mexanizmlər çərçivəsində hüquqlarından istifadə etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərində və özünün mülki əhalisinə qarşı terror fəaliyyətinin təşkili və maliyyələşdirilməsnin qarşısının alınması və günahkarların ədalət mühakiməsinə verilməsi üçün bütün addımlar atmaqda qətiyyətlidir”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO