XİN-in İşlər İdarəsinə yeni rəis qoyuldu
Xarici İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Rakus.az xəbər verir ki, bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Şahin İsgəndərov XİN-in İşlər İdarəsinin rəisi təyin olunub.
1999-2005-ci illərdə Təhsil Nazirliyində mühasib, aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyinin aparatında təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində baş mühasibin müavini, 2013-cü ildə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb.
2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2018-ci ildə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub. 2013-2020-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri və BŞTİ-nin müdir müavini vəzifələrində çalışıb.