XİN rəhbərləri razılığa gəldilər - FOTO
Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş zamanı tərəflər geniş müzakirələr aparıblar və iclas 3 saat yarımdan çox davam edib.
Rakus.az xəbər verir ki, bu barədə məlumat Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilir ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər.
Xatırladaq ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov, Endryu Şofer və Stefan Viskonti, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak ediblər.