Azərbaycan beynəlxalq tanınan sərhədlər daxilində Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
Xarici siyasət qurumu yeni milli təhlükəsizlik konsepsiyasında Azərbaycanın Ukraynanın strateji tərəfdaşlarından biri kimi müəyyən olunmasını yüksək dəyərləndirdiklərini vurğulayıb.
“Biz Ukrayna ilə strateji tərəfdaşlığımızı və dostluğumuzu daha da dərinləşdirəcəyik”, – tvitdə qeyd edilib.