Xırdalanda Heydər Əliyev prospekti yenidən qurulacaq
Xırdalan şəhərinin Heydər Əliyev prospekti (5.5 km) yenidən qurulacaq.
Rakus.az xəbər verir ki, rAbşeron Ryon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın ölkə Prezidenti qarşısında qaldırdığı məsələ öz müsbət həllini tapıb.
Belə ki, yaxın günlərdə “Azəravtoyol” tərəfindən şəhərin mərkəzi küçəsinin yenidən qurulmasına başlanılacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 27-də “Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılıb.