İqtisadi 17.09.2019 12:39

Xoşbəxt Yusifzadənin kitabının fransız dilində nəşri təqdim olundu

Sentyabrın 17-də Azərbaycan-Fransız Universitetində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr olunmuş “Ömrümün illəri və izləri” kitabının təqdimatı keçirilib.

Rakus.az xəbər verir ki, təqdimatda “Total-Abşeron” şirkətinin baş meneceri Denis Lemarchal, SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və başqa qonaqlar iştirak ediblər.

“Total-Abşeron” şirkətinin baş meneceri Denis Lemarchal çıxış edərək kitabın fransız dilinə tərcüməsinə təşəbbüs göstərdiyinə görə, Xoşbəxt Yusifzadəyə təşəkkürünü bildirib: “Beş il əvvəl Azərbaycana gəldiyimdən bəri hər dəfə onunla görüş mənim üçün şərəf olub. Onun nüfuzu Azərbaycanın sərhədlərini aşır. “Total”ın nəzərində isə o, dünyamiqyaslı geoloq kimi tanınır. Onun həyatı XX əsrdə neft və qaz sahəsində qabaqcıl olmuş bir ölkənin də tarixidir.  Avtobioqrafik hekayələri cəmləyərək bu kitabı yazdığı üçün ona təşəkkür edirəm. Bu kitabın fransız oxucularla bölüşülməsi mənim üçün böyük zövqdür. İnanıram ki, kitab Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında öz töhfəsini verəcək”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı isə bildirib ki, “Ömrümün illəri və izləri” kitab bir neftçi-alimin manifestidir: “Kitabda elə epizodlar var ki, indiki gənclər üçün əsl örnəkdir. Xoşbəxt müəllim daim bizim universitetimizə diqqətlə  yanaşır. Bizim universitetdə Xoşbəxt Yusifzadə adına təqaüd yaradılıb və iki tələbəmiz o təqaüdə layiq görülüb”.

SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov isə Xoşbəxt Yusifzadə ilə çalışmağın həm asan, həm də çətin olduğunu vurğulayıb: “Onun köməyini biz hər zaman görürük. O sıravi neftçilərə belə qayğı ilə yanaşır, hər zaman onların problemlərinin həllinə çalışır”.

Akif Əlizadə Xoşbəxt Yusifzadə ilə dostluğunun 70 il əvvələ dayandığını diqqətə çatdırıb: “O, böyük həyat yolu keçib. Onun həyatda uğur qazanmağının səbəblərindən biri Azərbaycanı sevməsi olub. Xoşbəxt Yusifzadə hələ gənc yaşlarından əməyə bağlı olub. Kim həyatda uğura nail olmaq istəyirsə, onun yolunu keçməlidir”.

Xoşbəxt Yusifzadə isə çıxış edərək kitabın fransız dilinə tərcüməsinin yaranması ideyasından danışıb:  “Mən əvvəl tərəddüd edirdim, düşünürdüm birdən kitab fransız oxucusuna maraqlı olmaz. Amma bu tərəddüdlərimə son qoyduğuna görə, kitabın tərcüməçisi xanım Jeamine Lemarchala təşəkkürümü bildirirəm. Bundan əvvəl “Ömrümün illəri və izləri” rus və Vyetnam dillərinə tərcümə olunsa da, heç birinin təqdimatı keçirilməmişdi. Yəqin bu günə nəsib imiş. Qarşıdan “Əsrin müqaviləsi”nin 25 illiyi gəlir. Bu kitabı mən hər kəsə tövsiyə edirəm, çünki burda “Əsrin müqavilə”sinin bütün mərhələləri bəhs olunub”.

Qeyd edək ki, Xoşbəxt Yusifzadənin “Ömrümün illəri və izləri” kitabı Azərbaycanın böyük neft epopeyası haqqında maraqlı hekayətdir. Son əlli beş ildə bu epopeyanın mərkəzi simalarından biri olmuş X. Yusifzadə ölkəmizdə neft və qaz sənayesinin inkişafının, Azərbaycanın yeni neft strategiyasının uğurlu, bəzən də dramatik səhifələrini qələmə alıb. Eyni zamanda, bu kitab keçdiyi böyük həyat yolu, peşəsi, həmkarları, doğma və yaxın adamları haqqında müəllifin düşüncələridir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS