Bir neçə gündür məhdudiyyətləri aradan qaldırılan sahələrdə işləyən şəxslər pandemiyadan öncəki qaydada fəaliyyət göstərə bilmirlər.
Rakus.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarında bununla bağlı xüsusi bənd olmasa da, işçilərin öz iş yerlərinə yalnız xüsusi icazə əsasında gəlməsi tələb olunur.
İndi bəzi obyektlər var ki, onlar öz işçilərinə elektron icazələr alaraq fəaliyyətə başlayıb. Amma əksər xidmət sahəsində icazə ilə bağlı problemlər qalmaqdadır.
Mövzu ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında süjet yayımlanıb.