Yağlı qida yeməyin, sağlamlığa zərbə vurur – MƏSLƏHƏT
Yağlı qida sizi sağlamlıqdan məhrum edə bilər.
Rakus.az xəbər verir ki, insan orqanizmində bədxassəli hüceyrələrin sürətlə yayılmasına yeyilən qidaların yağı səbəb ola bilər. Bunu Dartmund Onkologiya Mərkəzinin mütəxəssisləri bildiriblər.
Tibb sahəsində çalışan mütəxəssislərin sözlərinə görə, yağlı qidaların rasionda olması, eləcə də piylənmə süd vəzi xərçəngi riskini artırır, onkoloji xəstəlikləri olanların sağalma proqnozlarını azaldır.
Tədqiqatlar göstərib ki, xərçəng hüceyrələri yağlardan böyümələri üçün istifadə edə bilərlər. Onkoloq Uilyam Kinlounun sözlərinə görə, böyük miqdarda yağı udan hüceyrələr dərman müalicəsinə də tabe olmurlar.
Bu yolla da insan nə qədər çox yağlı qida qəbul edirsə xərçəng hüceyrələri bir o qədər sürətlə arta bilər.