Yağlı saçların çarəsi
Bəzi xanımlar saçlarının hər gün yağlanmasından şikayətlənir.
Rakus.az xəbər verir ki, tez çirklənən saçlar üçün çıxış yolu tapılıb. Sadəcə bunları etməklə saçlarınızın yağlanmasının qarşısını ala bilərsiniz.
1. Saçlarınıza toxunmayın
Əgər saçlarınız tez yağlanırsa, ona tez-tez toxunmayın. Əllərinizi saçların arasına soxaraq, arxaya, yana etməyin.
2. Aloe
1 xörək qaşığı aloe suyunu şampunun tərkibinə töküb saçınızı yuyun. Çalışın, dərinizə dırnaqlarınızla toxunmayıb. Bunu həftədə 3 dəfə edin.
3. Nəmləndirin
Saç baxımı həftədə ən az 1 dəfə olmalıdır. Maskalar baş dərisini quruda, kəpək əmələ gətirə bilər. Buna görə də nəmləndirici şampunlardan istifadə edin.
4. Limon suyu
Limon suyu toksinləri təmizləyərək, saçın yağ miqdarını qaydasına salır. Saçınızı şampunla yuduqdan sonra, içərisinə limon şirəsi tökülmüş su ilə yaxalayın.