Siyasi 13.07.2020 14:00

YAP bəyanat verdi: Qəhrəman Azərbaycan Ordusuna eşq olsun! 

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz istiqamətində sərhəd zonasında erməni təxribatı ilə əlaqədar bəyanat yayıb. 

Rakus.az xəbər verir ki, bəyənatda iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribatın bütün Azərbaycan xalqı kimi hakim partiyanın çoxminli üzvlərinin dərin hiddətinə səbəb olduğu qeyd olunub.

Bildirilib ki, təxribatın Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidə baş verməsi onun çirkin mahiyyətindən, erməni tərəfinin təmas xəttində süni gərginlik yaratmaq niyyətindən xəbər verir:

“Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışması yeni taktika deyil. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib, ağır zərbələrlə düşməni yerində oturdub. İyul ayının 12-də Tovuz istiqamətində sərhəd xəttində qısamüddətli döyüşlər bunun daha bir əyani nümunəsi oldu. Düşmən tərəfi yenə də ciddi itkilər verərək geri oturduldu, törətdiyi təxribatlara görə layiqli cəzasını aldı.

Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi sayıla bilər. Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında  istənilən erməni təxribatının anındaca qarşısını almağa, torpaqlarımızın hər qarışını qorumağa tam hazır olduğunu bir daha nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası olaraq qəhrəman Ordumuzla qürur duyduğumuzu, daim onunla bir olduğumuzu bəyan edirik. Ali Baş Komandanımız cənab İlham Əliyev əmin ola bilər ki, rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü müsəlləh əsgər kimi onun əmri ilə Vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırdır. Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin düşmənin istənilən təxribatına bundan sonra da layiqli cavab verəcəyinə, işğal altında olan  torpaqlarımızı azad edəcəyinə, Vətən yolunda həlak olan bütün şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində döyüşlərdə şəhid olmuş baş leytenant Rəşad Mahmudovun, çavuş Vüqar Sadıqovun, baş əsgər Elşad Məmmədovun və əsgər Xəyyam Daşdəmirovun qanının yerdə qoymayacağına dərindən inanırıq.

Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO