Salyanda bələdiyyə seçkilərinə qatılacaq qadın namizədlərlə görüş keçirildi - FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatında bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib.
Rakus.az xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kompaniyası çərçivəsində keçirilən görüşdə YAP Salyan rayon təşkilatının sədr müavini Razıgül Dadaşova şəhərin ictimai-siyasi həyatında daim öndə olan partiya fəalları və gənclər iştirak ediblər.
Çıxış edən Səidə Əliyeva, Nübar Bayramova, Gülər Quliyeva, İlhamə Xudazarova, Turanxanım Mehdiyeva və Günel Yaqubova cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar.
Natiqlər bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən Salyanlılar əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar.
Tədbir iştirakçıları bələdiyyə seçkilərində YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi fəal olmağa, “Xalq üçün” səsverməyə çağırıblar.