Yaqut Qarayeva son vəziyyəti açıqladı
Gündəlik yoluxma sayında kiçik artmalar vətəndaşları narahat edir. Halbuki müəyyən açılma olduqda rəqəm artımı gözlənilən idi. Bu artımı nəzarət altında saxlamaq da bizdən asılıdır”.
Rakus.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, çarpayıların doluluq səviyyəsi Bakıda 24%, regionlarda 11%, ümumi ölkə üzrə isə 14% təşkil edir:
“Bu gün yoluxan xəstələrə tibbi xidmət göstərməyə hazırıq və çarpayı baxımından hər hansı problem yoxdur”
“Bu gün üçün əsas payız ayında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir”.
Onun sözlərinə görə, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması istiqamətində işlər görülür: “Ən tez zamanda təsdiq olunmuş peyvəndin GAVI təşkilatından alınıb ölkəyə gətirilməsi üçün müzakirələr gedir”.
O deyjb: “Rusiyada qeydiyyatdan keçən peyvənd məsələsinə gəlincə, hər bir vaksin əvvəlcə üç mərhələli yoxlamadan keçməlidir. Həmin vaksin də beynəlxalq səviyyədə yoxlanışdan keçmədiyindən bu gün üçün həmin ölkə ilə heç bir danışıq getmir”.
Onun sözlərinə görə, məlumatlar ümidverici olsa da, hələlik konkret bir söz demək çox tezdir: “Hələ həmin vaksinin yoxlanılması və immunitetin güclənməsi üçün hansı təsirinin olub-olmaması dəqiqləşdikdən sonra bu barədə nəsə addım atmaq barədə düşünmək olar”.
Y. Qarayeva bildirib ki, xəstəliyə yoluxma sürəti, inkubasiya müddəti və ağır xəstələrin sayı çarpayı doluluğuna təsir edir.
Onun sözlərinə görə, adi stasionar çarpayı sayına görə qapanmaya gedilmir: “Bu gün üçün reanimasiya şöbəsində yatan və süni tənəffüs aparatına qoşulu xəstələrin sayı çoxdur. Ona görə də əsas xəstəliyi ağır və yüngül keçirmə məsələsidir. Çünki onların müalicə müddəti uzun olur”.
TƏBİB rəsmisi Naxçıvan Muxtar Respublikasında koronavirusla bağlı vəziyyət hər zaman nəzarət altında olduğunu da söyləyib: “Bu günə qədər vəziyyətdən kənara çıxma halı qeydə alınmayıb” 7.