Gündəm 30.10.2022 13:22

Yarımfinal oyunları keçirilib, “Göyçə” və “Novoivanovka” finala vəsiqə qazanıb - FOTO

Rakus.az xəbər verir ki, ilk olaraq A qrupunun lideri “Ardanış” ilə B qrupunun 2-cisi “Novoivanovka” sahəyə çıxıb. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Sonra turnirin qaydalarına əsasən, 10 dəqiqə əlavə vaxt verilib və komandaların qarşılıqlı hücümları bir neçə dəfə nəticə verməyib.

Beləliklə, tabloda hesab dəyişməyib. Sonra penaltilər seriyası başlayıb. “Ardanış”dan Azər Hüseynov, Taleh Muradov, Emin Qasımov, Emin Ələsgərov 11 metrlik zərbələri dəqiq yerinə yetirib. Ramiz Hüseynov isə qapıçının aldatsa da topu qapının yan dirənə vurub.

“Novoivanovka”da isə Vasif Əliyev, Ayxan Abbasov, Emin Imaməliyev, Qasım Məmmədov və Rafiq Həsənov penaltiləri dəqiq və ustalıqla qola çeviriblər. Nəticədə 5:4 hesablı qələbə qazanan “Novoivanovka” adını finala yazdırıb.

 

Bu görüşdən sonra B qrupunun birincisi “Ada Təpə” A qrupunun ikincisi “Göyçə” ilə qarşılaşıb. Bu matçın da əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Gərgin mübarizə, müxtəlif epizodlar və qarşılıqlı hücumlarla zəngin olan bu  oyunda penaltilər seriyası daha da yadda qalıb. Belə ki, hər komanda hərəyə 12 on bir metrlik zərimə zərbəsi yerinə yetirib.

“Ada Təpə”də Zaur Hüseynov, Natiq Vəliyev, Şükür Məmmədalıyev, İsa İsayev, Araz Qurbanov, Heydər Xudiyev, Bayram Süleymanov, Aqil Qurbanov, İsrail İsmayılov, Etibar Alıyev, Hüseyn Kərimli topu qapıdan keçirsələr də, Toğrul Süleymanov bu imkanı qaçırıb.

“Göyçədə isə İlkin Ağayev, Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Mikayıl Səfərov, Səhman Xasıyev, Xəqani Mazanov, Ramin Şahmaroğlu, Samir Həsənov, Nəriman Həsənov, Cavanşir Nəsirli, Xamis Hacıyev penaltini dəqiq icra ediblər. Bununla da 12:11 hesabı ilə rəqibindən üstün olan “Göyçə” adını finala yazdırıb.

Noyabrın 6-da final qarşılaşmasında “Novoivanovka” və “Göyçə”, üçüncü yer uğrunda görüşdə isə “Ardanış” “Ada Təpə” ilə üz-üzə gələcək.

 

Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı”, “ən gənc oyunçu” və “veteran oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov “Ardanış”, Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “Report” İnformasiya Agentliyi və Rakurs.az saytı verir.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

 

XƏBƏR LENTİ
Gündəm, İdman / 04.11.2022 10:32
Şəhidlərin xatirəsinə keçirilən futbol turniri başa çatır – QALİB KIM OLACAQ? - FOTO
Siyasi / 02.11.2022 13:00
Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub – XİN
Mədəni / 01.11.2022 09:30
Əlli dörd günlük erməni mühasirəsindən bəhs edən film - VİDEO
İdman / 31.10.2022 12:16
Turnirin yarımfinalı – epizodlar, qollar, finalın anonsu – CƏDVƏL - VİDEO
Hadisə, İdman / 31.10.2022 10:43
Gərgin keçən oyun – diqqətçəkən mənzərə - FOTO
Gündəm, İdman / 30.10.2022 13:22
Yarımfinal oyunları keçirilib, “Göyçə” və “Novoivanovka” finala vəsiqə qazanıb - FOTO
Mədəni / 29.10.2022 18:02
“Parabüzən” qısametrajlı filmin təqdimatı - FOTO - VİDEO
İdman / 28.10.2022 10:00
Xatirə turnirində yarımfinalçılar həftəsonu duelə çıxır - FOTO
Mətbuat / 27.10.2022 10:41
“Report” İA-nın fəaliyyətindən 8 il ötür - VİDEO
Hadisə, İdman / 24.10.2022 11:03
Üçüncü turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
Gündəm, İdman / 24.10.2022 10:02
Yarışın 3-cü turu-yaddaqalan məqamlar - FOTO
İdman, Maraqlı, Mətbuat / 23.10.2022 14:29
Sonuncu tur yekunlaşdı, yarımfinalçılar bəlli oldu - FOTO
Gündəm, İdman, Maraqlı / 21.10.2022 11:00
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə son tur həftəsonu yekunlaşır - FOTO
Gündəm, İdman / 17.10.2022 12:00
İkinci turun açılışı, epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - VİDEO
İdman, Maraqlı / 17.10.2022 10:14
Yarışın ikinci günü – yaddaqalan anlar - FOTO
İdman, Maraqlı / 16.10.2022 16:05
Turnirin II turu yekunlaşıb, “Ada Təpə” qələbə qazanıb - FOTO
Gündəm, İdman / 14.10.2022 17:00
Ənənəvi Futbol Turnirində 2-ci tura bazar günü start verilir - FOTO
İdman, Maraqlı / 10.10.2022 13:16
Turnirin ilk günü – yaddaqalan anlar - FOTO
Hadisə, İdman / 10.10.2022 11:08
İlk turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar – CƏDVƏL - FOTO - VİDEO
Gündəm, İdman / 09.10.2022 15:11
Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO
İdman / 08.10.2022 08:57
Sabah Ənənəvi Futbol Turnirində ilk turun oyunları keçiriləcək
İdman / 06.10.2022 11:56
Şəhid jurnalistlərin xatirəsinə Ənənəvi Futbol Turniri başlayır - FOTO
Gündəm, Hərbi, Mətbuat / 28.09.2022 13:42
Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun da adının həkk olunduğu Memorial Kompleksin açılışı olub - FOTO
Gündəm, Mətbuat / 20.09.2022 16:20
Mətbuatın Əsgəri
Gündəm, Mətbuat / 20.09.2022 14:31
“Peşə fəaliyyətimə ən böyük qiyməti Prezident İlham Əliyev verib” – ƏSGƏR İBRAHİMOVLA 50 İLLİK YUBİLEY SÖHBƏTİ - FOTO - VİDEO
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ