Yayılan cədvəllərin heç bir həqiqi əsası yoxdur – Təhsil Nazirliyi
Təhsil Nazirliyi yeni növ koronavirus (Covid-19) təhlükəsi səbəbilə və profilaktik tədbirlər məqsədilə martın 27-dək buraxılan dərs günləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Rakus.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov rəsmi “Facebook” səhifəsində məlumatların yalan olduğunu qeyd edib:
“Son saatlarda yayılan cədvəllər sadəcə, özfəaliyyət növü hesab oluna bilər və heç bir həqiqi əsası yoxdur, deməli, doğru deyil. Ən mötəbər məlumatı Təhsil Nazirliyinin resurslarından alın”,- deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, yayılan cədvəldə buraxılan dərs günlərinin aşağıdakı cədvəl üzrə şənbə günləri ilə əvəz ediləcəyi bildirilirdi:
1. 03.03-28.03
2. 04.03-04.04
3. 05.03-11.04
4. 06.03-18.04
5. 10.03-25.04
6. 11.03-02.05
7. 12.03-09.05
8. 13.03-16.05
9. 16.03-23.05
10. 17.03-30.05
Yayılan məlumatda həmçinin ibtidai məktəblər üçün mayın 1-də 5-dək nəzərdə tutulan tətillər ləğv ediləcəyi qeyd edilmişdi.