Maraqlı 07.01.2020 07:17

Yeməkdən əvvəl soğan suyu için – MƏSLƏHƏT

Soğan mətbəximizin vazkeçilməz tərəvəzlərindəndir.

Rakus.az xəbər verir ki, əksər yeməyin hazırlanmasında, bəzi salatlarda soğandan istifadə olunur. Soğan dadlı olmaqla yanaşı, həm də çox faydalıdır. Tərkibində B, C və A vitamini, yod, silis, fosfor, kükürd kimi maddələr, antibiotik funksiyası yerinə yetirən tərkiblər və həzmi rahatlaşdıran fermentlər var. Soğan yeyilən ölkələrdə xərçəng riskinin az olduğu təsbit edilib. Bəs soğan suyunun sağlamlıq baxımından nə qədər faydalı olduğunu bilirdinizmi? Bu dəfə sizə soğan suyunun xeyirli tərəflərini sadalayacağıq.

İlk növbədə, onu qeyd edək ki, soğan suyu arıqlamaq üçün ən təsirli qarışımlardan biridir. O, metabolizmi sürətləndirərək, bədəndə yaranan yağlanmanı azaldır və arıqlamağa kömək edir. Ondan pəhriz və məşq proqramlarında çox istifadə edilir.

Soğan suyu içmək mioma, polikistoz yumurtalıq sindromu, xoşxassəli prostat böyüməsi, tük çevrilməsi, hamilə qalma, menopauza kimi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilən xalq təbabəti üsullarından biridir.

Faydaları:

– Həzmi tənzimləyir
– Dəridə çıxan sızanaqlara müalicəvi təsiri var
– İmmun sistemini gücləndirir
– Bədəndəki yağlanmanı azaldır, arıqlamağa kömək edir
– Stress yox edən, bəlğəm dağıdıcı keyfiyyəti var

– Tərkibindəki sulfoid sayəsində antibiotik xüsusiyyəti var

– Qadınlarda endometrioz və miomanın yaranmasına qarşı müalicəvi təsiri var
– Yumurtalıqda polikistoz sindromunun müalicəsində faydalıdır
– Menstruasiya pozğunluğunu qaydaya salır
– Menopauza şikayətlərini azaldır
– Vaginal axıntıları azaldır

– Tük qatlanmalarında faydalıdır
– Hamilə qalmaq istəyənlərə köməyi olur (yumurtalıqda folikulu yetişdirir)
– Prostat iltihablarını azaldır
– Sinusit probleminin qarşısını alır
– Cinsi problemlərin ən mükəmməl həllidir
Hazırlanması:

Qəhvəyi və ya ağ nazik qabıqlı baş soğandan istifadə edin. Qırmızı, bənövşəyi qabıqlı soğan seçməyin, bunların təsiri olmur. Soğan qabığının quru və təzə olması vacibdir.
Əvvəlcə soğanı yuyun. Bir qazanın içərisinə 2 stəkan su əlavə edib qaynadın. Qaynadıqdan sonra baş soğanı 4 hissəyə bölərək, suyun içərisinə qoyun. 5 dəqiqə qaynatdıqdan sonra ocaqdan götürün. Məqsədiniz arıqlamaqdırsa, gündə 3 dəfə -yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için. Bu qarışım iştahanızı kəsərək daha az yemək yemənizə şərait yaradacaq, həm də metabolizmi sürətləndirəcək. Soğan suyunun faydasına tam nail olmaq üçün ən az ayda 15 gün içilməlidir. Hazırlanmış suyu ilıq olaraq için.

Hamilə qalmaq istəyənlər isə menstruasiya bitəndən sonra 7 gün səhər acqarına və axşam yatanda bu qarışımı için. Növbəti menstruasiyadan 10 gün əvvəl yenidən 5 gün və ya 7 gün için. Faydasını mütləq görəcəksiniz.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO