YENİLƏNDİ: Prezidentin iştirakı ilə Milli Məclisin ilk plenar iclası başladı
Bu gün altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.
x x x
İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.
Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.
Xatırladaq ki, Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinəSahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.
09:20
Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.
Rakus.az xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib.
Milli Məclisin birinci iclasında əvvəlcə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.