Gündəm 08.12.2019 14:00

Yevda Abramov Qubada dəfn olundu - FOTO

Dekabrın 8-də Qubada Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədr müavini kimi fəaliyyət göstərmiş Yevda Abramovla vida mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisinin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Yevda Abramovun ailəsinə ünvanladığı başsağlığı məktubu oxunub.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Vahid Əhmədov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev mərasimdə çıxış edərək Yevda Abramovun həyat və fəaliyyəti haqqında danışıblar.

Bildirilib ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci il iyunun 12-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olub. Yeni Azərbaycan Partiyasının üzvü olan Yevda Abramov 53 saylı Quba-Qusar seçki dairəsindən 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı seçilib. Azərbaycan-Argentina, Azərbaycan – Kuba və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvü, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Abramovu “Şöhrət” ordeni ilə təltif edib.

Xatırlada ki, Yevda Abramov dekabrın ayının 6-da 71 yaşında vəfat edib.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO