Yığmanın heyətindən 2 oyunçu kənarlaşdırıldı
Qadın voleybolçular arasında Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Rakus.az xəbər verir ki, yığmanın italiyalı baş məşqçisi Covanni Kaprara Avropa çempionatında daha iki oyunçunun köməyinə ehtiyac duymayıb.
O, son anda hücumçu Anastasiya Qurbanova və blokçu Kseniya Pavlenkonu komandadan kənarlaşdırıb. Təcrübəli mütəxəssis yekunda 14 deyil, 12 oyunçu sifariş etməyi məqsədəuyğun sayıb.
Azərbaycan millisinin heyəti
Toppaylayıcılar: 2. Yana Əzimova, 14. Kristsina Yaqubova, 18. Şəfaqət Alışanova
Blokçular: 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 22. Mariya Kirilyuk
Hücumçular: 5. Odina Əliyeva, 8. Yelizaveta Səmədova, 9. Anastasiya Bessonova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Libero: 19. Bəyaz Əliyeva
Xatırladaq ki, Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər. Qrupun oyunları Budapeştdə keçiriləcək.