İdman 08.10.2020 07:34

Yoldaşlıq görüşlərinin nəticələri

Bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq görüşləri keçiriblər.

Rakus.az xəbər verir ki, 2021-ci ildə Bakıda keçiriləcək Avropa çempionatının A qrupunda mübarizə aparacaq Türkiyə millisi Almaniyanın qonağı olub. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İlk yarıda cəmi bir qol vurulub. 45+1-ci dəqiqədə Yulian Draksler qonaqları hesabda önə çıxarıb. 50-ci dəqiqədə Ozan Tufan hesabda tarazlıq yaradıb. 58-ci dəqiqədə Florian Noyhaus yenidən hesabı Bundestimin xeyrinə dəyişib. Lakin bu dəfə Efecan Karaca 67-ci dəqiqədə bərabərlik qolunu vurub. 81-ci dəqiqədə Canluka Valdşmidtin qoluna isə 90+4-cü dəqiqədə Kenan Karaman cavab verib.

AVRO-2020-də Türkiyənin rəqiblərindən olan İtaliya Moldovanı darmadağın edib – 6:0. Qolları 19-cu dəqiqədə Brayan Kristiante, 23-cü dəqiqədə Françesko Kaputo, 30-cu və 45+1-ci dəqiqələrdə Stefan əl-Şaaravi, 38-ci dəqiqədə Vyaçeslav Posmak (öz qapısına) və 72-ci dəqiqədə Domeniko Berardi vurub.

Günün maraqla gözlənilən qarşılaşmasında Portuqaliya və İspaniya komandaları üz-üzə gəlib. Görüş qolsuz yekunlaşıb.

Son dünya çempionu Fransa isə heyətindəлш bir neçə oyunçuda koronavirus aşkarlanmış Ukraynanı darmadağın edib – 7:1. Qalib komandadan qolları 9-cu dəqiqədə Eduardo Kamavinqa, 24-cü və 34-cü dəqiqələrdə Olivye Jiru, 39-cu dəqiqədə Vitali Mikolenko (öz qapısına), 65-ci dəqiqədə Korentin Tolisso, 82-ci dəqiqədə Kilian Mbappe və 89-cu dəqiqədə Antuan Qrizmann vurub. Ukraynadan isə 53-cü dəqiqədə Viktor Tsıqankov fərqlənib.

Yoldaşlıq görüşləri:

20:00. Kipr – Çexiya – 1:2

20:00. Monteneqro – Latviya – 1:1

20:00. Danimarka – Farer adaları – 4:0

22:15. Lüksemburq – Lixtenşteyn – 1:2

22:30. Avstriya – Yunanıstan – 2:1

22:45. Almaniya – Türkiyə – 3:3

22:45. İtaliya – Moldova – 6:0

22:45. Niderland – Meksika – 0:1

22:45. Polşa – Finlandiya- 5:1

22:45. Portuqaliya – İspaniya – 0:0

22:45. Sloveniya – San Marino – 4:0

22:45. İsveçrə – Xorvatiya – 1:2

23:00. Fransa – Ukrayna – 7:1

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO