İdman 16.09.2019 17:56

Yüksələn “Qarabağ”, enən “Neftçi”…

Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb. Bu, Qurban Qurbanovun “Qarabağ”ının hazırkı Azərbaycan Premyer Liqasında ilk dörd turda göstərdiyi yüzfaizli nəticədir. Üstəgəl bu mövsüm Avropada qarşıya qoyulan minimum hədəfə də nail olunub. “Qarabağ” Avropa Liqasının qrupundadır. Bu həftənin dördüncü günü komanda Bakıda İspaniya “Sevilya”sı ilə qarşılaşacaq. Çoxlarına görə, dünyanın ən güclü liqasının lideri ilə.

Bəs “Qarabağ” hansı liqanı təmsil edir?

Futbolumuzun neçə illərdi yaxşı günlərini yaşamadığını hamı qəbul edir. Yerli çempionatın, klubların səviyyəsi daha da aşağı düşür. Bölgədə futbol ölüb. Bir “Qəbələ” qalıb, amma büdcəsi kəskin azaldıldığından onların bu mövsümü başa vurub-vurmayacağı sual altındadır. “Neftçi”də isə yaxşı pul olsa da, iş düz qurulmayıb. Ona görə də ötən mövsümkü ilə indi komanda arasında böyük uçurum yaranıb. O dərəcədə ki, dörd turdan sonra “Qarabağ”dan düz səkkiz xal geri qalırlar. Azarkeş necə vaxtdır narahatdır. Uğursuz nəticəyə görə komandalarının oyunlarını boykot edirlər, tribunaya gələnlər isə az qala hər tur istefa şüarı səsləndirirlər. Klubun sponsoru SOCAR-ın, axır ki, bu etiraz çağırışlarını eşitməsi və konkret iş görməsi lazımdır. İndiki idarəçilər ya göndərilməli, ya da işlərini düzəltmələri üçün onlarla daha ciddi söhbət aparılmalıdır. “Neftçi” düzəlməsə, çempionatda intiriqa ilk turlardan ölməyə başlayacaq. Necə ki, bunun işartıları artıq görünməkdədir. Kluba cavabdeh insanlar həm də AFFA-nın rəhbərliyindədirlər və onların da problemə təcili müdaxiləsi lazımdır.

İndiki məqamda isə ən çox özünü bəzən italyan xuliqanları kimi aparan baş məşqçi Bordinə tutduğu vəzifənin məsuliyyəti başa salınmalıdır. Çünki hər xal itkisindən sonra təlxəklik etmək, hər adi epizoda görə özündən çıxmaq, tullanıb-düşməklə uğur qazanmırlar. Bir məşqçi emosiolarına hakim olmağı bacarmalıdır. Əgər uğurun modeli hər şeyə çılğıncasına reaksiya vermək olsaydı, bu gün Yılmaz Vuralın qarşısında heç məşqçi və komanda daya bilməzdi.

Bir məşqçinin qələbəyə gedən yolu onun futbol biliyi ilə yanaşı, həm də təmkinli və soyuqqanlı davranışından keçir. Məsələn, götürək, Bordinin həmkarı Qurban Qurbanovu. O, bu mövsümkü fəaliyyəti ilə bir daha nümayiş etdirir ki, əgər texniki, ya da taktiki səhvi varsa, onu vaxtında düzəltməyi bacaran biridir. Uğursuzluq olanda məsuliyyəti kiminsə üzərinə atmır, yersiz hay-küy qaldırmır. Süni ajiotaj yaratmır. Komandasında ciddi nizam-intizam yaradıb. Kiçik təbii istisnaları kənara qoysaq, “Qarabağ”lı futbolçuların meydanda, məşqçilərinin texniki zonada daxili qaydaları pozan hərəkətlərini kimsə görməyib, eşitməyib. Klubun rəhbərliyinin onun işinə müdaxiləsinə imkan da verməyib. Yavaş-yavaş, səbrlə yaxşı bir komanda qurub. Ətrafına güvəndiyi etibarlı insanları toplayıb.

APOEL-lə Bakıdakı oyunu çıxmaqla bu ilki fəaliyyətini həqiqətən əla qiymətləndirmək olar. Əvvəlcə çempionluq, sonra Avroliqanın qrupu. Bugünkü “Qarabağ”a fikir verin. Ötən ilki ilə indiki arasında xeyli fərq var. Futbolçular daha inamlı görünürlər. Hardasa 2017-ci ildə Çempionlar Liqasında qrupa düşən həmin o komandanı xatırladır. Yeni transferlərin ümumi səviyyəsi 90 faiz özünü doğruldur. Əsasən Xayme. Və.. bir oyunla futbolçuya qiymət vermək tez olsa da, yeni qapıçı Asmir Beqoviçin dünən “Neftçi” ilə matçda əla, rahat və soyuqqanlı oyununu qeyd etməmək olmur. Yaxud ötən ilki transfer Abdullah Zubir. Bu bir il ərzində fantastik irəliləyişə nail olub. Qurban Qurbanov adları çəkilən və çəkilməyən əcnəbi, həmçinin yerli futbolçuların simasında yaxşı, sanki yeni bir kollektiv formalaşdırıb.

Və o kollektivin iki yerli gənc üzvü də var ki, bu yazıya da onların üzərində ayrıca dayanmaqla yekun vuracağam. Onlar Qurban Qurbanovun rəhbəri olduğu məşqçi korpusunun inkişaf etdirdiyi futbolçulardır.

21 yaşlı İsmayil İbrahimli əsasən, limit məsələsinə görə ilk onbirlikdə yer alır.

İlk üç matçda üç qol da vurub. Təcrübə azlığı hiss olunsa da, ümumən yerli oyunlar üçün komandasına köməyi dəyir. Bu gedişlə də Azərbaycan futbolu və “Qarabağ” üçün yaxşı bir kadr olacağına şübhə olmamalıdır. Amma mənə görə, gənc yaşda erkən şöhrət xəstəliyinə yaxalanmamaq üçün ən azı bu mövsümün sonuna kimi media ilə münasibətdən uzaq tutulmalı, İnstaqram və Feysbuka girişinə də qadağa qoyulmalıdır. Təcrübə göstərir ki, sosial şəbəkələr bizim neçə-neçə gənc oyunçumuzun karyerasına ciddi zərbə vurub.

Və 17 yaşlı Musa Qurbanlı.

Qurban Qurbanovun hücumçu olan oğlu. O, İsmayıl kimi Premyer Liqamızda hələ çıxış etməyib. Amma aşağı yaş qrupları üzrə millilərimizin daimi futbolçudur. Bu günlərdə U-21-lə Gürcüstanla matçda qol vura bilmədiyinə görə necə göz yaşı tökdüyünə çox adam şahid oldu. Bu nə deməkdir? Əgər bir insan 17 yaşında özündə bu qədər məsuliyyət edirsə, deməli, xarakteri var və gələcəkdə həqiqətən yaxşı bir oyunçu olacaq. Və onu gələcək uğura bu gün qol vura bilmədiyi üçün tökdüyü o göz yaşı, o göz yaşının arxasında gizlənən vicdan, peşəkarlıq aparacaq. Karyerasını harada və kiminlə davam etdirməsindən asılı olmayaraq…

Aydın BAĞIROV
aydin@qol.az

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO