Elm və təhsil 27.12.2019 11:54

“Yüksəliş” və dövlət qulluğuna qəbul müsabiqələri arasındakı əsas fərqlər açıqlandı

“Yüksəliş” və dövlət qulluğuna qəbul müsasiqələri arasındakı əsas prinsipial fərqlər açıqlanıb.

Rakus.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, “Yüksəliş” müsabiqəsi kadr potensialının yaradılması üçün keçirilir.

DİM sədri deyib ki, “Yüksəliş” müsabiqəsində daha çox namizədlərin keyfiyyətləri yoxlanacaq: “DİM-in dövlət qulluğuna keçirdiyi imtahanlarda konkret olaraq normativ-hüquqi sənədlərdə müəyyən olunan parametrlərə əsasən seçim aparılır. Daha sonra isə müsahibə təşkil olunur. Müsahibələrdə isə namizədləri işə götürən insanlar iştirak edir. “Yüksəliş” müsabiqəsində isə namizədləri işə götürənlər iştirak etmir, bu müsabiqədə insanların keyfiyyətini müəyyənləşdirir, üzə çıxarırıq. Müəyyənləşdiririk ki, insanlar hansı dərəcədə kreativliyə malikdir, onların hansı ayrı xüsusiyyətləri var. Yəni onlar həmyaşıdlarından, bu sahədə iştirak edən insanlardan hansı xüsusiyyətlərinə görə seçilir. Bunlar daha geniş göstəricilərdir. Bu müsabiqədə psixometrik testlər də istifadə ediləcək. Psixometrik testlərin nəticəsində həmin insanlara məsləhətlər də verəcək. Tutaq ki, sizin kreativlik xüsusiyyətiniz var, liderlik xüsusiyyətinizi inkişaf etdirmək üçün müxtəlif treninqlərdən keçməlisiniz. Bu yanşama insanın həm də özünə inamını artıracaq. İnsanların daxilini açıb ictimaiyyətə təqdim etmək üçün yaxşı bir fürsətdir. Onu da deyim ki, gələcəkdə dövlət qulluğuna qəbul da kompitensiya əsasında keçiriləcək”.

Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikultutarizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva isə qeyd edib ki, dövlət qulluğunda namizədlər elan olunmuş konkret vakansiyalara malik olduqları biliklərdən istifadə etməklə mübarizə aparırlar: “Yüksəliş” müsabiqəsində isə seçim beynəlxalq aləmdə qəbul olunmuş kompitensiyaların aşkarlanmasına yönəlib. Biz idarəçiləri axtaranda tək onların intellektual səviyyəsini öyrənmirik, həm də onlarda hansı kompitensiyaların olduğunu öyrənirik. Bu sahədə kifayət qədər beynəlxalq təcrübə öyrənilib. Bu kompitensiyalar kadrla işləmək bacarığı, şəxsi, mənəvi-etik keyfiyyətlərdir. İdarəçi olan şəxsə insanların həyatı tapşırılır. İdarəçi olan insanların bir mənəvi kodeksi də olmalıdır. Həmin kompitensiyalar barədə müsabiqənin saytında kifayət qədər məlumatlar olacaq. İnsanlarda həm də elə təəssürat oyanmasın ki, imtahana gedirlər. İmtahan hər hansı nəticəyə gətirib çıxarır. Ola bilər ki, “Yüksəliş” müsabiqəsinə hazırda dövlət qulluğunda işləyən, müəyyən sahələrdə işləyən insanlar qatılsın. Bu müsabiqədə iştirakın onların karyerasına hər hansı mənfi nəticəsi olmayacaq”.

Əliyeva nəzərə çatdırıb ki, indiyə qədər imtahanlar test üsulu ilə keçirilib: “Bu imtahanlarda subyektiv amil, insan qiymətləndirməsi olmayıb. “Yüksəliş” müsabiqəsində isə insan amili var. Yarımfinal və finalda iştirakçıları qiymətləndirənlər də insanlar olacaq. Onları qiymətləndirənlər ekspertlər, psixoloqlar, idarəçi şəxslər olacaq. Hətta onlara xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə treninqlər keçirəcəyik. Bu formatın özü bizim üçün yenidir. Bu prosesin şəffaf, obyektiv keçirilməsinə nəzarəti bizdən başqa media nümayəndələri də həyata keçirəcək. Biz  media nümayəndələrini dəvət edəcəyik. Media nümayəndələri prosesi müşahidəçi kimi izləyə biləcək. Bu formatın özü də gələcəkdə yəqin ki, Azərbaycanda gələcəkdə keçiriləcək seçim strategiyasında bir təməl daşı kimi olacaq”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS