“Yuventus”un futbolçusu koronavirusa yoluxdu
İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.
Rakus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
““Yuventus” klubu bu saatlarda qanunla nəzərdə tutulmuş bütün təcrid prosedurlarını, o cümlədən onunla əlaqə saxlayanların siyahıyaalınmasını həyata keçirəcək” – deyə məlumatda bildirilir.
“Yəqin ki, xəbərləri oxumusunuz. Buna görə mənimlə maraqlanan hər kəsi əmin edirəm ki, yaxşıyam. Hamını qaydalara hörmətlə yanaşmağa çağırıram. Çünki bu virus heç bir fərq qoymur. Bunu özümüz, yaxınlarımız və ətrafımız üçün edək” bu fikirləri İtaliyanın “Yuventus” klubunun koronavirusa yoluxan futbolçusu Daniel Ruqani şəxsi “Instagram” səhifəsində yazıb.
Xatırladaq ki, Daniel Ruqani 2013-cü ildən “Yuventus”da çıxış edir. O, Turin təmsilçisi ilə 4 dəfə A Seriyasının, 3 dəfə ölkə kubokunun, iki dəfə isə İtaliya Super Kubokunun qalibi olub. (report.az)