Siyasi 16.10.2019 11:48

Zatulinin fikirlərinin komitə ilə, Dövlət Duması ilə heç bir əlaqəsi yoxdur – Komitə sədri

“Deputat Konstantin Zatulinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərin Dövlət Duması və Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Bu fikirlər Zatulinin şəxsi mövqeyidir”.

Rakus.az xəbər verir ki, bunu Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Komitə sədri birinci müavini Konstantin Zatulinin Azərbaycanın işğal altında olan Xankəndi şəhərində qondarma rejim tərəfindən təşkil olunan “forum”da ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına münasibət bildirərkən Azərbaycanın işğal altında olan ərazilərinə səfərin Zatulinin şəxsi məsələsi olduğunu söyləyib: “Bildiyiniz kimi, bizdə deputatlıq haqqında qanun var. Təəssüflər olsun ki, həmin qanun elə fəaliyyət göstərir ki, deputatlar hərdən şəxsi məqsəd, maraq güdür, ya da siyasi əqidəsi bunu ona diktə edir. Mən öz mövqeyimi bu barədə demişəm. Bir daha təkrar edirəm. Konstantin Zatulinin məlum fəaliyyətlərinin, bu bəyanatlarının Dumanın MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinə heç bir aidiyyəti yoxdur. Siz mənə sual verirsiniz ki, sizin müavininiz bunu edib. Mən də deyirəm ki, bu müavini mən özümə təyin etməmişəm”.

L. Kalaşnikov işğal altında olan torpaqlarda səsləndirilən bəyanatların da Zatulinin şəxsi baxışı olduğunu vurğulayıb: “Bu baxışların Rusiya Dövlət Duması ilə, Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Rusiya Dövlət Dumasının Dağlıq Qarabağ münaqişəsinə baxışı bu cür deyil. Rusiya Dövlət Dumasının xalqların və dövlətlərin arasını vurmaq kimi baxışı ola bilməz. Dövlətlərin arasını çoxu vurmaq arzusundadır. Lakin mən hər zaman öz komitəmin üzvlərini bu tip addımlardan uzaq durmağa çağırıram. Biz məsələnin üstünə odla getməməliyik, əskinə elə etməliyik ki, barışıq olsun. Lakin bəziləri bunun əksini edir”.

Qeyd edək ki, Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi “Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq” adlı “beynəlxalq forum”da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Azərbaycan artıq bununla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota verib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS