Koronavirus 06.05.2020 21:33

Zaur Əliyev COVID-19 ilə bağlı mətləbləri açıqladı - VİDEO

“Koronavirusa yoluxanların 10 faizi xaricdən gələn vətəndaşlardır”.

Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Sədr qeyd edib ki, ilk dövrlərdə xaricdən gələnlər üstünlük təşkil edirdi: “Daha sonra daxildə yoluxma nəticəsində rəqəmlər artdı”.

Koronavirusun icbari sığortanın tətbiqinə təsiri açıqlandı

“Təəssüf ki, koronavirus pandemiyası Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə mane oldu”.

Onun sözlərinə görə, yanvar ayında ölkənin şimal bölgəsində 20 rayonda tam, üç rayonda isə pilot layihə şəklində icbari tibbi sığortanın tətbiqinə başlanılıb: “Layihə uğurla başlamışdı, gündəlik xəstəxanalara müraciət 1000-i keçmişdi. İcbari tibbi sığortanın tətbiqi kifayət qədər ağır prosesdir. İcbari sığortanın tətbiqinə başlanılan rayonlarda proses davam edəcək. Amma digər rayonlar üçün bu proses 2021-ci il 1 yanvaradək təxirə salınıb”.

COVID-19-a görə maaşlarına əlavə artımlar alan tibb işçilərinin sayı açıqlandı

Zaur Əliyev deyib ki, tibb işçilərinin əməkhaqlarına edilən əlavələr düzgün qiymətləndirilmir. Nazirlər Kabinetinin qərarında qeyd edilib ki, əməkhaqları işlədiyi günlərə mütənasib şəkildə əlavə olunur. Bəzi tibb müəssisələrinin rəhbərliyi və ya işçilər bunu düzgün qiymətləndirməyib. Nəticədə, burada müəyyən anlaşılmazlıq yaranıb.

O əlavə edib ki, mart ayında 9483 tibb işçisinin, 1143 qeyri-tibb işçisinin əlavəsi ödənilib: “Altı milyon manatdan çox vəsait verilib. Bu, proses tam yekunlaşmayıb. Tibb müəssisələrindən siyahılar daxil olur, müəyyən dəqiqləşmələr aparılır. Əgər hər hansı tibb işçisinin şikayəti varsa və ya əlavəsini almayıbsa, bizə müraciət etsin, məsələ araşdırıldıqdan sonra əlavəsini alsın”.

Gəncədə koronavirusa kütləvi yoluxmanın səbəbi açıqlandı

“Cənub zonasında yoluxmanın əsas səbəbi orada yaşayan vətəndaşlarımızın İrana intensiv səfərləri ilə bağlıdır”, –  Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, sərhədlər bağlandıqdan sonra daxildə yoluxma artıb: “Orada əks-epidemik tədbirlər görülür. Gəncəyə də başqa yerlərdən, xarici ölkələrdən giriş-çıxış kifayət qədər çoxdur. Gəncəyə ilk yoluxma idxalla gəlib və daha sonra daxildə yoluxma başlayıb”.

Sədr bildirib ki, bu günə qədər koronavirusa yoluxan uşaqlarda ağırlaşma olmayıb: “Onlarda iki dəfə test nəticəsi mənfi olduqdan sonra evə buraxılıb”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO