Siyasi 20.11.2025 23:26

“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, süjetdə Ermənistanda anklavların qaytarılması məsələsinin yenidən gündəmə gəlməsindən bəhs olunur.

Bildirilir ki, söhbət Qazağın 3 anklav kəndindən – Sofulu, Bərxudarlı və Yuxarı Əskipara, həmçinin, Sədərəyin Kərki kəndindən gedir. Hazırda əsas gözlənti Kərki kəndinin yaxın aylarda qaytarılacağı ilə bağlıdır və Zəngəzur dəhlizinin açılması bu zərurəti yaradıb.

Baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində tikinti işlərinin gələn ildən başlanacağını bəyan edib və deyib ki, ilin sonuna qədər hüquqi məsələlər yekunlaşdırılacaq. Ermənistanda sərhədin demarkasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan isə bildirib ki, TRİPP layihəsinə görə Sünikdə (Zəngəzur) qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər.

Qeyd olunur ki, dəhlizin Ermənistan hissəsinin tikintisinə cəlb olunacaq xarici investisiyaların təhlükəsizliyi təmin edilməli, dəhlizdən beynəlxalq daşımalar təhlükəsiz şəraitdə həyata keçirilməlidir. Delimitasiya nəticəsində SSRİ dövründə ermənilərə bağışlanan ərazilər – Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi kəndi və bir sıra yaşayış məntəqələri, eləcə də Kərki anklavı qaytarıla bilər.

Ehtiyatda olan polkovnik Hayk Nahapetyan, ekspert Şiraz Xaçatryan və deputat Ovik Ağazaryanın sözlərinə görə, demarkasiya prosesində Kərki (Tiqranaşen) kəndinin qaytarılması gündəmdədir: “Kərkinin qaytarılması Ermənistanı praktiki olaraq iki hissəyə böləcək. Tavuş və Naxçıvan istiqamətində anklavların – Qazağın üç anklav kəndi və Kərki kəndi – qaytarılmasının aktuallaşması həm hərbi, həm siyasi, həm də iqtisadi risklər yaradacaq. Rəsmi İrəvan həm də Başkənddən imtina etməlidir.

Sonda vurğulanır ki, erməniləri narahat edən əsas məsələlərdən biri məhz soydaşlarımızın öz doğma yurdlarına qayıdışıdır: “Çünki Qərbi Azərbaycana qayıdışı Bakı-İrəvan xəttində baş verən proseslərin növbəti mərhələsi olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 20-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO
Mədəni, Sosial / 19.11.2025 23:04
Anavəngin daşları gerçəyi danışır: kimlik savaşı - VİDEO
Sosial / 19.11.2025 18:25
Hümbət Hüseynov AQBMA-nın sədri seçilib
Sosial / 19.11.2025 14:35
Ermənilər Anavəngdə türk adlarını silə bilmir – ANONS - VİDEO
Sosial / 19.11.2025 11:24
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
Siyasi, Sosial / 18.11.2025 23:27
Balakənd, Bala Məzrə, Bala tüklü təpə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.11.2025 19:18
“Ermənistanın cəmiyyətə sülh gündəliyinin işlədiyini nümayiş etdirməsi vacibdir” - FOTO - VİDEO
Sosial / 18.11.2025 14:19
Qədim oğuz qəbiristanlığını yaşadan kənd – ANONS - VİDEO
Mətbuat / 18.11.2025 14:05
Astanada əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Siyasi / 18.11.2025 13:22
“Ermənistanla sərhədlər açılacaq” – ANONS - FOTO
Siyasi, Video müsahibə / 17.11.2025 22:34
“Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir” - VİDEO
Gündəm / 17.11.2025 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - VİDEO
Hərbi / 15.11.2025 23:15
Azərbaycanda silah istehsalının erkən mərhələləri - VİDEO
Siyasi, Sosial / 14.11.2025 23:46
“Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 14.11.2025 14:22
Uşaqlıqda adını qayalara yazan Elmar Əliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 13.11.2025 23:53
“Sevan” gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar” - VİDEO
İdman / 13.11.2025 17:38
Telekanal və saytların 4-cü Xatirə Turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Siyasi / 13.11.2025 14:47
“Ermənilərin iddiası: “Azərçay” içəcəyik” – ANONS - VİDEO
Elm və təhsil / 12.11.2025 23:39
“Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb” - VİDEO
Elm və təhsil / 12.11.2025 14:37
Tarixdən silinən həqiqətlər – ANONS - VİDEO
İdman / 12.11.2025 09:22
Minifutbol Turnirinin FİNAL oyunu – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2025 01:02
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Siyasi, Sosial / 11.11.2025 21:54
Bayraməli qışlağı, Baytar, Bakər, Bala Zağa – türk tarixinin izi - VİDEO
Müsahibə / 11.11.2025 18:52
“Sovet imperiya siyasəti Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb oldu” - VİDEO
Siyasi, Sosial / 11.11.2025 14:42
Türk yurdu niyə Hovtun oldu? – ANONS - VİDEO