Siyasi 13.02.2025 22:10

“Bu hadisə “azərbaycanlıların qayıdışına hazırlıq” kimi təqdim edilib” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Otellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir” adlı süjetdə Ermənistan İqtisadiyyat Nazirliyinin yanında Turizm Komitəsinin rəhbəri Lusine Gevorqyanın otellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması ilə bağlı fikirlərinə yer verilir.

Bildirilir ki, L.Gevorqyan otel rəhbərləri ilə görüşdə ibadət otaqlarının açılmasının zərurət olduğunu və bundan imtina edəcək otellərin lisenziyalarının ləğv ediləcəyini deyib. O, bunu ölkənin ərəb turizm bazarına çıxmaq istəyi ilə əsaslandırıb.

Bu məsələ Ermənistan ictimaiyyətində ciddi müzakirələrə, erməni mətbuatında şübhələrə yol açıb və “azərbaycanlıların qayıdışına hazırlıq” kimi təqdim edilib.

Erməni jurnalist Hraçya Qalustyan yazır ki, otellərdə “müsəlmanlar üçün ibadət yerləri”nin açılması təklif yox, sərt tələbdir: “Mövcud hakimiyyətimiz getdikcə Azərbaycana daha çox güzəştə gedir. Gevorkyanın “Ermənistanın ərəb turizm bazarına daxil olması” sözləri də inandırıcı deyil və bəhanə kimi görünür. Ermənistana İrandan və digər ölkələrdən gələn müsəlmanlar heç vaxt ibadət yeri tələb etməyib. Bu, tezliklə Ermənistana sərbəst giriş əldə edəcək azərbaycanlıların gözlənilən qayıdışı ilə bağlıdır. İctimai rəydə azərbaycanlırın tarixi torpaqlarına qayıdışı, Qərbi Azərbaycan reallığı tədricən qəbul edilir. Məhz buna görə Ermənistanda heç kim Paşinyanın, hökumət rəsmilərinin sözlərinə inanmır”.

Qeyd olunur ki, Qərbi Azərbaycan məsələsi fonunda Ermənistanda müzakirə edilən iki mövzu da var. Birincisi, Zəngəzur dəhlizinin bu il – 2025-ci ildə açılaması, ikincisi, sərhədin delimitasiyası prosesində Ermənistanın Azərbaycana yeni ərazilər qaytaracağıdır.

Erməni şərhçilər Arman Aboyan, Armen Atalyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan iddia edirlər ki, proses “Böyük Turan” planına uyğun şəkildə davam edir: “Azərbaycan və Türkiyə “Böyük Turan” planını addım-addım icra edir. Bu məqsədlə Zəngəzur dəhlizi açılacaq və bununla Ermənistanın cənub hissəsi İrəvanın nəzarətindən çıxacaq. Demarkasiya prosesində Ermənistan əlavə ərazilər itirəcək, sərhədlərimiz dəyişəcək. Konstitusiya da dəyişdiriləcək, nəhayət, 300 min azərbaycanlı qayıdacaq və Zəngəzurun (Sünik) əhəmiyyətli hissəsi Azərbaycana veriləcək”.

Sonda vurğulanır ki, bu il azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ilə bağlı mühüm irəliləyişlərin olacağı gözlənilir və Qərbi Azərbaycan reallığı Ermənistanın qapısını döyməkdədir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 13-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi / 13.02.2025 22:10
“Bu hadisə “azərbaycanlıların qayıdışına hazırlıq” kimi təqdim edilib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2025 14:08
Paşinyan otellərdə ibadət otaqları açdırır – ANONS - VİDEO
İqtisadi / 13.02.2025 12:38
Deputat RƏYİ: Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına resursları hesabına töhfə verir” - FOTO
Elm və təhsil, Siyasi / 12.02.2025 22:31
“Qərbi Azərbaycanı erməniləşdirmək siyasətində Fransa böyük rol oynadı” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 12.02.2025 13:22
“Fransa xəritəsi erməni yalanını ifşa etdi” – ANONS - VİDEO
Siyasi, Sosial / 11.02.2025 22:22
Altuntaxt, Alxan pəyəsi, Alçalı, Alçalıq – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 11.02.2025 18:30
“Qafqaz geosiyasi mübarizə yox, əməkdaşlıq yeridir” - FOTO - VİDEO
Təhlil / 11.02.2025 18:15
“Paşinyan Qərbi azərbaycanlıların əsl istəyini eşitmək istəyirsə…” – ŞƏRH
Sosial / 11.02.2025 14:22
Ermənilərin xaraba qoyduğu kənd – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 11.02.2025 13:15
“Ermənistan “yeni qardaşlar” axtarır” – ANONS - VİDEO
Müsahibə / 10.02.2025 22:06
“Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar” - FOTO - VİDEO
Mədəni / 08.02.2025 22:28
İrəvanda bədii tikmə və xalçaçılıq sənəti - FOTO - VİDEO
Mədəni / 08.02.2025 14:22
Qərbi Azərbaycanın sənət nümunələri – ANONS - VİDEO
Siyasi, Sosial / 07.02.2025 22:06
“Sərhədçilərə dedik ki, ermənilər kulubda bizi öldürmək üçün plan qururlar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.02.2025 13:18
“Daşnak arvadları atəş açırdılar” – İlham Ələşrəfovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 06.02.2025 22:59
“Ermənilərin etirafı: “İrəvanda Qərbi Azərbaycan qorxusu yaşanır” - FOTO - VİDEO
Təhlil / 06.02.2025 16:58
Trampın ilk rəsmi qonağı – “Yaxın Şərqin Rivierası” – TƏHLİL
Siyasi, Təhlil / 06.02.2025 13:44
Paşinyan yeni müharibəyə sürüklənir – ANONS - VİDEO
Siyasi, Sosial / 05.02.2025 22:24
Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib - FOTO - VİDEO
Sosial / 05.02.2025 13:25
Ermənistan boşalır – ANONS - VİDEO
Siyasi, Sosial / 04.02.2025 22:10
Almalıq, Alpava, Almalıq, Almalıq çayı – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Mətbuat / 04.02.2025 18:40
“Azərbaycanın sərmayə qoyduğu növbəti ölkə Ermənistan ola bilər” - FOTO - VİDEO
Sosial / 04.02.2025 14:08
Adı 2 dəfə dəyişdirilən türk yurdu – ANONS - VİDEO
Siyasi / 04.02.2025 13:43
“Paşinyan bilir ki, ölkəsinin rifahı Azərbaycan və Türkiyədən asılıdır” – RƏY
Müsahibə, Mətbuat / 04.02.2025 13:29
Makronun Azərbaycan qıcığı – ANONS - VİDEO
Müsahibə / 03.02.2025 22:06
“Hayların tarixinin uydurma olduğunu sübut edən erməni alimini “Asala” qətlə yetirib” - FOTO - VİDEO