Bərdədə pambıq sovkasına qarşı mübarizədə bioloji üsullardan istifadə olunur. Tarlalara sovkanı məhv etmək üçün trixoqramma adlanan həşəratlar buraxılıb. Bu canlı pambıq sovkasının təbii düşməni sayılır və zərərvericinin yumurtası ilə qidalanır.
Rakus.az xəbər verir ki, Baku TV-nin məlumatına görə, trixoqramma olduqca kiçik, pərdəqanadlı və 0,5-0,8 mm uzunluğunda olan həşəratdır.
Bu həşərat pambıq sovkasının yumurtasına öz yumurtasını qoyur və yumurtadan pambıq sovkası deyil, trixoqramma çıxır.
Trixoqramma, həmçinin, sahədə pambıq sovkasının yumurtaları ilə qidalanır. Bu həşəratların dişi fərdi 40-a qədər yumurta qoyur və çıxan sürfələr zərərvericinin yumurtasının daxili möhtəviyyatını yeyərək məhv edir.
Bitki Mühafizə Elmi Texniki Təhqiqat İnsitutunun direktoru Elçin Xəlilov bildirir ki, trixoqrammalar laboratoriya şəraitində yoxanıldıqdan sonra tarlalara buraxılır. Buna görə də çoxaldığı laboratoriyanın temperatur və rütubət şəraitinin təbiətdəkinə yaxın olması vacibdir.
Tarla birkilərində və bağlarda trixoqramma ya yetkin dövründə, ya da sahibin yumurtasından çıxmağa bir neçə gün qalmış buraxılmalıdır. Aparılan bioloji mübarizə kənd təsərrrüfatı sahəsində çalışan sahibkarların da ürəyincədir.
Bir tərəfdən kimyəvi üsullardan istifadə etmədən təsərrüfatlarını zərərvericilərdən qoruyurlarsa, digər tərəfdən də daha az vəsait xərcləməklə müsbət nəticə əldə edə bilirlər. Bu, həm də uzunömürlü proses sayılır.
Laboratoriya şəraitində çoxaldılmış habrobrakon həşəratları isə tarlalara pambıq sovkasının tırtılları görünməyə başlayan zaman və hər hektara sayı 10 000 ədəd olmaqla buraxılmalıdır.
Beləliklə, trixoqramma və habrobrakon pambıq sovkasının, payızlıq sovkanın və çəmənlik kəpənəyinin tırtıllarının 50%-ə qədər azalmasına səbəb olur. Bu da iqtisadi ziyanı hədən artıq aşağı səviyyədə saxlamaqla, yüksək bioloji səmərəlilik göstərir.