İtaliyanın “Milan” futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç karantində vaxtını necə keçirməsi ilə bağlı video yayımlayıb.
Rakus.az xəbər verir ki, 38 yaşlı hücumçu “Twitter” hesabında topla texniki bacarıqlarını nümayiş etdirib.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar digər ölkələrdə olduğu kimi, İtaliyada da çempionat dayandırılıb.