Təhlil 11.07.2024 22:54

Ermənistanın regionda yeganə döyə biləcəyi İran qapısı bağlanacaq - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “11 min nəfərin Qərbi Azərbaycanda məskunlaşmasına hazırlıq gedir” adlı süjetdə Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi Ermənistanda ciddi müzakirələrə səbəb olduğu, xüsusilə festivalın açılışının Zəngəzur Milli Parkında edilməsi, bu bölgənin coğrafi baxımdan, tarixi Qərbi Azərbaycan torpaqları ilə yaxınlığı ermənilərdə narahatlı yaratdığı bildirilir.

Belə ki, erməni politoloq Vardan Balyanın iddiasına görə, 11 min azərbaycanlının Sisian rayonuna (Qarakilsə) qayıdışına hazırlıq aparılır: “Qərbi Azərbaycana qayıdış” festivalının məqsədlərindən biri də bu prosesə hazırlaşmaqdır. İlkin olaraq 11 min azərbaycanlının qayıdışı təmin olunacaq və onlar Sisian rayonunda məskunlaşacaqlar. Ermənilər son dövrlər Sisian rayonunu sürətlə tərk edir, azərbaycanlılar boşalan rayona yerləşəcək. 11 min ilkin siyahıdır, bu rəqəm getdikcə daha da çoxalacaq”.

Diqqətə çatdırılır ki, son dövrlər Sisian adlandırılan Qarakilsə rayonunun sürətlə boşaldılır. Qarakilsədə yaşayan ermənilərin sayı 32 minə, şəhərin özündə isə 13 minə düşüb. 2022-ci ildə sərhəddə baş verən döyüşlərdən sonra Qarakilsədəki ermənilər bölgəni sürətlə tərk etməyə başlayıb. Erməni ekspertlərin fikrincə, azərbaycanlıların Qərbi Azərbaycana qayıdış prosesi məhz Qarakilsədən başlaya bilər.

Süjetdə Prezident İlham Əliyevin Kanadanın Azərbaycana yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən dediyi fikirlərə, eləcə də Ermənistan mediası və ekspertlərinin son hadisələr – İranda Prezident seçkilərinin nəticələri, Türk Dövlətləri Təşkilatının Şuşa Zirvə toplantısı, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirakı haqqında şərhlərinə yer verilir.

Erməni politoloq Stepan Danielyanın sözlərinə görə, Azərbaycan böyük ölkə olmasa da, bütün mərkəzlərlə işləməyi bacarır: “Həm Rusiya, həm Çin, həm də ABŞ Azərbaycanla işləməkdə maraqlıdır. Təbii ki, bu, Bakının əlini gücləndirir və Ermənista qarşısında tələblərini genişləndirmək imkanı qazandırır. Azərbaycanda anlayırlar ki, onların rəsmi İrəvan qarşısında irəli sürdüyü tələblərə qarşı çıxacaq və Ermənistanın möqeyini müdafiə edəcək qlobal oyunçu yoxdur, əksinə, böyük güclər Azərbaycanla işləmək üçün ona istədiyini verə bilər”.

Sonda vurğulanır ki, geosiyasi proseslərin regiona təsiri fonunda hadisələrin inkişafı rəsmi Bakının İrəvan qarşısında irəli sürdüyü Qərbi Azərbaycana qayıdış tələbinə nail olacağına ümidləri artırır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında iyulun 11-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO