Siyasi 27.02.2026 23:30

“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər SSRİ-nin təlimatlarına əməl etmirdilər” adlı veriliş Zəngəzur mahalı, Qafan rayonu, Atqız kənd sakini Arif Əfəndiyevin həyat hekayəsinə həsr olunub.

O, 1948-ci ildə anadan olduğunu, üşaqlıq, məktəb illərinin maraqlı  keçdiyini deyib: “Qafan şəhərində evimiz var idi. Onuncu sinifi şəhər məktəbində oxudum. Dərsdən gələndə ermənilər qabağımızı kəsir, dəftər, kitab və qələmimizi alırdılar. O dövrdə rayonda ermənilərin sayı artırdı. Kəndimizdə azərbaycanlılar yaşayırdı, amma şəhər qarışıq idi. Qafanda məlum olan və adları silinən kəndlərin ümumi sayı 100-ü keçirdi”.

Onun sözlərinə görə, 1905-ci ildə ermənilərin kəndlərimizə hücumu zamanı çox sayda insan öldürülüb: “1918-ci ildə lap çətin vəziyyət olub. Ana babam o hadisələrin şahidi olmuşdu. Deyirdi ki, daşnaklar insanları güllə ilə vurur, qoyun sürülərini aparırdılar. Andranikin dəstəsi Zəngəzurda ağsaqqalları məscidə toplayıb, bacasından əl qumbarası atıb, süngüdən keçirib. Sağ qalan kənd camaatı Qapıcıq dağını aşaraq Culfa tərəfə qaçıblar. Anamin bibisi danışırdı ki, biz Araz çayına çatanda türklər o tərəfdən gələn erməniləri top atəşinə tutdular. Ondan sonra ermənilər qaçdılar. Beş-altı ildən sonra biz geri qayıtdıq”.

Kənd sakini 1968-ci il iyunun 9-da rayonda güclü zəlzələ baş verdiyini, evlərin 90%-nin dağıldığını bildirib: “Dağılan evləri bərpa etmədilər ki,  camaat məcbur köçsün. SSRİ Nazirlər Soveti sədrinin müvini kəndə gəlmişdi, rayon rəhbərliyinə tapşırmışdı ki, atama Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə təqdim etsinlər. Amma ermənilər bunu etmədilər və atam ailəsi ilə 1969-cu ildə kəndi tərk edib Bakıya köçdü. Amma qohumlarımız qonşu kəndlərdə yaşayırdılar. Onlar 1988-ci ilin dekabr ayında deportasiya olundular”.

A.Əfəndiyev sonda vurğulayıb ki, doğma yurdu unutmamışıq, heç vaxt da unutmayacağıq: “Torpaq həsrəti ürəyimizdədir, unutmaq olmur. Hər gecə yuxumuzda oradakı bulaqlardan su içir, gözəl güllərdən dəririk. Gec-tez o yerlərə qayıdacağıq, buna çox ümidliyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 27-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Sosial / 18.11.2026 09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman / 18.11.2026 00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Mədəni / 17.11.2026 17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman / 17.11.2026 09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm / 17.11.2026 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İdman / 16.11.2026 08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman / 15.11.2026 19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni / 14.11.2026 21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman / 14.11.2026 18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial / 13.11.2026 14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman / 13.11.2026 00:12
ATV-Ardanış, Əmirxeyir-AnewZ – Finalçılar bəlli olur - FOTO
Siyasi, Təhlil / 12.11.2026 17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial / 12.11.2026 10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman / 12.11.2026 00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2026 00:01
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Maraqlı, Siyasi, Sosial / 11.11.2026 16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman / 11.11.2026 12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial / 09.11.2026 15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman / 09.11.2026 12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman / 08.11.2026 19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial / 07.11.2026 17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil / 06.11.2026 16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman / 06.11.2026 00:22
Şəhid Jurnalistlərin Xatirə Turnirində 1/4 oyunları həftə sonu başlayır - FOTO
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman / 04.11.2026 00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial / 03.11.2026 15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO