Mətbuat 13.06.2023 19:01

Beş yaşı olan Report Media Məktəbində yeni təlim proqramı - FOTO - VİDEO

“Report” İnformasiya Agentliyinin (İA) 5 yaşını qeyd edən Report Media Məktəbinin sayca 14-cü qrupu yeni təlim proqramına qoşulub.

Müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

Rakus.az xəbər verir ki,  2018-ci il iyunun 13-də fəaliyyətə başlayan Report Media Məktəbinin məzunları ölkənin bir sıra aparıcı media qurumlarımda çalışırlar.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin tələbələri ilə görüşdə bildirib ki, 5 yaşını addımlayan bir jurnalistika məktəbində təlim proqramına qoşulmaq iştirakçılara çox bilik qazandıra bilər:

“Bu müddətdə Report Media Məktəbini bitirən onlarla məzunu mətbuatda uğur qazana bilib. Hazırda “Report”un özündə də media məktəbin 6 məzunu işləyir. “Report”da təlim keçmiş çox sayda gənc jurnalistin ölkənin müxtəlif media orqanlarında çalışdığını da deyə bilərik. Report Media Məktəbinin yaradılması və fəaliyyəti Azərbaycan jurnalistikasına bir sosial töhfədir”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu yeni qrupla bağlı fikirlərini bölüşüb: “Report Media Məktəbinin bu yay qrupunda daha çox ali təhsil ocaqlarından olan tələbələrə yer ayırmışıq. Digər dövrdə dərs qrafiki ilə bizim təlim proqramını uyğunlaşdırmaq elə də asan olmur. Yayda zamanı çox olan tələbələrin daha yaxşı nəticə əldə edəcəyini düşünürük”.

İ.Rafiqoğlu Report Media Məktəbi ilə bağlı yeni süjetin də hazırlandığını bildirib: “Report”un əməkdaşı, Report Media Məktəbinin məzunu Gülçin Cəmil, operator Vüqar Xanlarov və montajçı Məhəmməd Ağayevin birgə səyi nəticəsində media məktəb barədə gözəl bir videosüjet hazırlanıb”.

Xatırladaq ki, Report Media Məktəbi 2018-ci il iyunun 13-dən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 01.04.2025 22:24
Artalas, Artız, Artik və Artik vəng – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 01.04.2025 18:30
“Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir” - VİDEO
Siyasi, Video müsahibə / 01.04.2025 15:10
“Almaniya Prezidentinin sosial media profilindəki paylaşım təxribat idi” - FOTO - VİDEO
Sosial / 01.04.2025 14:21
Adı 6 cür qeyd olunan kənd – ANONS - VİDEO
Maraqlı, Siyasi / 01.04.2025 13:24
“Səttarxanı daşnaklar qətlə yetirib” – ANONS
Müsahibə / 31.03.2025 22:12
“Təkcə İrəvan ətrafında 119 Azərbaycan kəndi yer üzündən silinib” - VİDEO
Siyasi / 31.03.2025 11:56
QAİ Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Gündəm / 31.03.2025 00:01
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür
Mədəni / 30.03.2025 10:58
Ardanış Kənd İcması Ramazan bayramı tədbiri keçirib - FOTO
Mədəni / 29.03.2025 22:44
“Novruzun əsl adı Yaz və ya Böyük bayramdır” - VİDEO
Siyasi, Sosial / 28.03.2025 22:22
“On aylıq olarkən 4 dəfə köçkünlük yaşamışam” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.03.2025 13:45
Ana qucağında 4 dəfə qaçqınlıq yaşayan Aynur Rüstəmovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi, Video müsahibə / 28.03.2025 12:32
“HƏDƏF”in mövzusu: Prezidentin Ağdam və Şuşa səfəri - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.03.2025 22:05
“Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq” - VİDEO
Təhlil / 27.03.2025 13:58
“Ermənistan parçalanacaq? – ANONS - VİDEO
Mədəni / 27.03.2025 11:02
“Göyçə adlı bir el vardı…” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 26.03.2025 22:55
“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO
Elm və təhsil / 26.03.2025 13:49
“Ərəblər Arameylər olan ərazini niyə Ərməniyyə adlandırıb?” – ANONS - VİDEO
Siyasi, Sosial / 25.03.2025 21:34
Arıqlı çay, Arıxvəli, Armaş, Arpa, Arpa dərəsi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL
Gündəm / 20.03.2025 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Elm və təhsil, Siyasi / 19.03.2025 22:32
“Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir” - FOTO - VİDEO