Maraqlı 23.06.2023 19:43

Qəzənfər kişi: “Ölüm də olsa gedib orada öləcəm” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az  xəbər verir ki,Qəzənfər kişi: “Ölüm də olsa gedib orada öləcəm” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Gərnibasar mahalının Qəmərli (Artaşat) rayonunun Yamancalı kənd sakini, 1938-ci il təvəllüdlü Qəzənfər Məmmədovun həyat hekayəsinə həsr olunub.

O, doğma ocaqlarından məcburən çıxarılmalarından və ermənilərin saxtalaşdırma siyasətindən danışaraq deyib ki, Qəmərli rayonunun 1967-ci ildən adını dəyişib Artaşat qoydular. O zamana kimi  bizim kəndin adı Yamancalı idi. Üç ildən sonra onun da adını dəyişib Dexsut qoydular. Bizim rayonda bütün kəndlərin hamısı azərbaycanlı adları idi. Ayasdı kəndi var idi, dəyişdilər Agestan elədilər. Zöhrablı var idi, Zöhrablını dəyişdilər erməni adı qoydular. Hamısını bu formada dəyişdilər. Azərbaycanlı baytar kəkim var idi, onu da çıxarıb yerinə erməni qoydular”.

Yamancalı kəndinin böyük kənd olduğunu və orada əsasən azərbaycanlıların yaşadığını söyləyən Q.Məmmədov ailəsinin başına gələn müsibətlərdən də danışıb: “1947-ci ildə İrandan çoxlu ermənilər gətirib bizim kəndə tökdülər. Onlar gələndən sonra bizimlə yol getmədilər və bizi kənddən  çıxarmağa məcbur etdilər. Rəhmətlik atam, anam danışırdı ki, 1917-ci ildə də ermənilər camaatı sıxıblar, onlar da qaçıb Türkiyəyə gediblər. Sovet hökuməti gələndən sonra yenə  Yamancalı kəndinə gəliblər”.

Onun sözlərinə görə, son vaxtlar ermənilər azərbaycanlılarla düşmən kimi davranıb: “Son illər kənd içində gəzə bilmirdik artıq. Camaat gedib kənd içinə yığışırdı, ora gedə bilmirdik. Bir azərbaycanlı kənd içinə gedə bilmirdi. 1988-ci ildən sonra vəziyyət çox pis idi. Bizə düşmən kimi baxırdılar. Rayondan gəlib dedilər ki, ermənilərin qarşısını ala bilmirik,  gərək kəndi tərk edəsiniz. Axırda gördük ki, daha burada yaşamaq olmaz, biz də köçdük gəldik. Biz gedəndən sonra evləri tamamilə yandırıb, dağıtmışdılar”.

O, doğma yurd-yuvasında yaxşı həyat sürdüyünü və Vətən həsrətilə yaşadığını söyləyib: “Ora bizim Vətəndir, Vətən üçün çox həsrətdəyəm. Ölüm də olsa gedib orada ölərəm. Nə qədər yuxu görürəmsə, oranın yuxusunu görürəm. Bizim Vətən oradır, Ermənistandır. Allah Heydər Əliyevə rəhmət eləsin, ruhu şad olsun. İlham Əliyevi də həmişə sağ-salamat olsun, bizim rəhbərimiz olsun, yumruğunu hərdən bir göstərsin”.

Q.Məmmədov ermənilərə xatırlatma da edib: “44 günü yadınıza salın, yenə o günə düşərsiniz, ağıllı olun!

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qəzənfər Məmmədovun “Həyat Hekayə”si iyunun 23-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

https://youtu.be/YEE5rclKcBc

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO