Gündəm 27.01.2024 11:18

“Daşaltı əməliyyatı”ndan 32 il ötür - FOTO

Bədnam “Daşaltı əməliyyatı”ndan 32 il ötür.
Rakus.az xəbər verir ki, bu əməliyyatda həmyerlimiz HİDAYƏT ƏLİYEV qəhrəmancasına şəhid olub.
Hidayət Məcid oğlu Əliyev 17 noyabr 1957-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. Orta məktəbi Ardanış kəndində bitirdikdən sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olub. Ali məktəbi bitirib təyinatla Aşqabad şəhərində iki il işlədikdən sonra doğma kəndlərinə qayıdıb. Ailənin dördüncü övladı, təvazökar və vətənpərvər gənc olan Hidayət Qarabağ savaşının ən qızğın çağında – 1991-ci ilin noyabrında könüllü olaraq cəbhəyə yollanıb. Füzuli rayonunun Qaradağlı kəndində dislokasiya olunmuş hərbi hissədə vzvod komandiri təyin edilib. O öz taqımı ilə 28 gün kəndi müdafiə edib. Ehtiyatda olan leytenant idi. Az müddət içərisində təcrübə və igidliyi nəzərə alınaraq Hidayətə baş leytenant hərbi rütbəsi verilib.
Hidayət ali təhsilli mühəndis idi. Onun mülki həyatda qazandığı təcrübənin də hərbi sahədəki uğurların əldə edilməsində böyük rolu vardı. Erməni dilini yaxşı bilən baş leytenant Əliyev mühüm kəşfiyyat əməliyyatlarının hazırlanmasında və həyata keçirilməsində əvəzsiz xidmətlər göstərib. Düşmənləri azdırmaq məqsədi ilə ratsiyada erməni dilində verdiyi yalan məlumatlardan sonra böyük itkilər verən ermənilər onun başına külli miqdarda pul qoymuşdular.
Çoxsaylı döyüşlərdən sonra reallaşan növbəti əməliyyat –“Daşaltı əməliyyatı”… Azərbaycan hərb tarixində qara səhifə kimi yazılan bu əməliyyat xəyanətin ən yüksək forması idi. Bu əməliyyat iflasa uğradı və Hidayət kimi neçə igid oğlanın həyatına son qoydu. Bu gün Hidayətin iki övladı – Səxavət və Samirə atalarının adı gələndə qürur hissi keçirirlər. Çünki onların ataları Vətən və xalq naminə şəhid olaraq ölməzliyə qovuşub. Hidayət haqqında qəzet məqalələrində yazılan belə cümlələr onun Vətən və xalq qarşısında xidmətlərindən yaranıb.
Hidayət yaddaşlarda və xatirələrdə qəhrəman kimi yaşayır. Bəli, Hidayət ölməyib, Hidayət qəzet və jurnalların, neçə-neçə kitabların səhifələrində, ən əsası isə könüllərdə yaşayır.
Biz Hidayət başda olmaqla bütün şəhidlərimizi hörmətlə anırıq və yaşadıqca yaşadacağıq!
Ruhları şad, məkanları cənnət, qəbirləri nurla dolsun!
Bir 4 nəfər şəkili ola bilər

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO