Sosial 03.06.2024 13:06

Şəhid Niyazi Əsgərovun qəhrəmanlıq nümunəsi - FOTO

Bu gün birinci Qarabağ savaşının şəhidi Niyazi İsbala oğlu Əsgərovun anım günü keçirildi. Görüşdə şəhidin anası Lala xanım, qardaşları, bacıları, cəbhə yoldaşları öz ailələri ilə, həmkəndliləri, “Adəm” Xeyriyyəçilər Assosiasiyası İctimai Birliyinin sədri Nicat Əsgərov, Qarabağ döyüşlərinin iştirkçısı Çingiz Cəfərov, aktyor-jurbalist Şirzad Pirallahi, rezissor Cəlil müəllim və digər qonaqlar iştirak edirdilər.

Çıxış edən silahdaşları İlqar Məhəmmədov və İlqar Qaziyev Niyazinin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan, döyüş vaxtı erməni daşnaklarını necə məhv edərək silahlarını qənimət kimi götürməyindən, cəbhə yoldaşlarının mühasirəyə düşməməsi üçün düşmənləri sərrast atəşlə məhv etməsindən danışdılar.

Şəhidin böyük qardaşı Qurban müəllim Niyazinin xarakterik xüsusiyyətlərindən, hələ 1987-cı ilin sonlarından yaratdıqları Azərbaycan Demokratik Respublikasinin Bərpası Uğurunda Gənclərin Azadlıq Təşkilatınin Abşeron ərazi bölməsindən və burada üçrəngli ay-ulduzlu bayrağımızn da xəlvəti qaldırıldığından, tarix dərslərində müəllimlə tariximizin səhv yazıldığı, onun bizə yad olduğunu dəfələrlə mübahisə etdiyindən danışdı.

Əli Vəliyev Niyazinin qəhrəmanlığınını təsadüfü olmadığını, bu qəhrəmanlığın ulu babası Xalq qəhrəmanı Məşədi Hümbət kimi soydan, kökdən gəldiyindən danışıb. Məşədi Hümbətin Göyçədə erməni daşnaklarını məhv edərək onların silahları ilə ermənilərin özlərini məhv etdiyini və Niyazinin də ulu babası kimi daşnakları öz silahları ilə məhv edərək göstərdiyi qəhrəmanlığı xatırladıb.

Şəhidin qohumu Vüqar müəllim Abduyev Niyazinin gəncliyində necə şıltaq, şən, zarafatcıl insan olmasından, onun içində isə daha ciddi bir şəxsin gizlədilməsindən, balaca olanda onu qucağında, çiynində gəzdirdiyini, sonradan isə onun tabutunun çiynində aparmasını acı xatirə kimi müqayisə etdi.

Şəhidin bacıları Təranə xanım və Lətifə xanım bu gün qardaşlarının şəhid olmaları ilə fəxr etdiklərini, Niyazinin əvəzinə minlərlə qardaş tardıqlarını qeyd etdiləd və tədbirə gələnlərə minnətdarlıqlarını bildirdilər. Çingiz müəllim şəhidin anası Lala xanımın qarşısında baş əydiyini, onun Vətən, el, oba üçün belə bir igid oğul doğub tərbiyə eməsini vurğuladı.

Xeyriyyəçi Nicat müəllim şəhid anası Lala xanıma öz minnətdarlığını bildirdi. Aktyor Şirzad müəllimin maraqlı şerləri tədbir iştirakçılarının alqışlarını qazanda. Şəhidin anası gələnlərə təşəkkür etdi. Niyazinin necə evdə heç kimə demədən xəlvətcə cəbhəyə könüllü getməsindən danışdı. Oğlunun Vətən qarşısında borcunun ləyaqətlə yerinə yetirərək şəhid olmasını fəxrlə dedi. Bir oğlu əvəzinə onun minlərlə silahdaşlarını oğul kimi tapdığını qeyd etdi.

Sonra bütün şəhidlərimizin ruhu bir daha anılıb və xatirə şəkilləri çəkilib.

Əli Vəliyev – Göyçə mahalı, Ardanış kəndi

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO