Siyasi 28.12.2025 17:41

Ardanış Kənd İcması Çəmbərək və Karvansara rayonlarının bayram tədbirində iştirak edib - FOTO

Dekabrın 27-də Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək və Şəmşəddil mahalının Karvansara rayon icmalarının təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarrının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə “Ağçiçəyin” restoranında tədbir keçirilib.

Rakus.az xəbər verir ki, “Mədəniyyət və mədəni irsimizi qoruyaq” şüarı altında təşkil olunan tədbirdə hər iki icmanın 2025-ci ilin yekunlarına həsr olunmuş hesabatına dair video-süjet göstərilib.

Vətən yolunda canlarını qurban vermiş mərd mübarizlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Dövlət himni səsləndirilib.

Tədbirdə Karvansara Rayon İcmasının sədri, professor Misir Mərdanov, Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərov, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, parlamentin deputatları, hər iki rayon üzrə kəndlərin icma sədrləri, ziyalılar, icma fəalları iştirak ediblər.

Ardanış kəndini icma sədri Məhəmməd Kərimov başda olmaqla İdarə Heyətinin üzvləri Səməd Axundov, Əsgər İbrahimov, Daşdəmir Əliyev, Əlövsət Kərimov, Ədalət İbrahimov və Qoşqar Abduyev təmsil ediblər.

Bir-birindən maraqlı çıxışlarda qeyd olunub ki, Qərbi Azərbaycan İcmasının (QAİ) fəaliyyəti hamıda Vətənə qayıdış coşqusu yaratmaqla yanaşı, qürur hissi doğurur: “Möhtərəm Prezident İlham Əliyevin “Qərbi azərbaycanlılar böyük coşqu ilə öz ata-baba torpaqlarına tankla-tüfənglə deyil, avtomobillərlə, sülh şəraitində gedəcəklər” fikri hər bir Qərbi azərbaycanlı üçün xüsusi önəm daşıyır. İnşallah, hər birimiz dövlət başçımızın uzaqgörən siyasəti ilə doğma yurda qayıdacaq, ata-baba yurdumuzu yaşadacağıq”. 

Sonda 2025-ci ilin yekunlarına əsasən Çəmbərək və Karvansara rayon kəndləri üzrə icmaların üzvlərinə QAİ üzvülük vəsiqəsi verilib, səmərəli və aktiv fəaliyyətlərinə görə icma üzvləri təltif olunublar.

Çəmbərək Rayon İcmasının sədri professor Əvəz Ələkbərov tərəfindən Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvləri Axundov Səməd Hüseyn oğluƏliyev Daşdəmir Oruc oğlunu səmərəli fəaliyyəti Təşəkkürnamə ilə qiymətləndirilib.

Beləliklə, icma üzvlərinin bir araya gələrək bayramlaşması, fəal iştirak edən əməkdaşların təltif olunması birlik və həmrəylik ruhunu əks etdirən ən önəmli mənzərədir.  

Xatırladaq ki, tədbirdə Çəmbərək rayonu üzrə Ardanış, Cil, Şorca, Toxluca, Ağbulaq, Gölkənd, Çaykənd, Cıvıxlı, Bəryabad, Əmirxeyir, Yanıqpəyə, Qaraqaya kəndləri, Karvansara rayonundan isə Polad, Salah, Haqqıxlı, Alaçıqqaya, Ağkilsə, Mirteyil kəndlərinin nümayəndələri iştirak ediblər.

   

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO