Siyasi 16.08.2023 19:42

27 kəndi rus işğalı zamanı dağıdılan mahal - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin müxtəlif  vasitələrlə yadlaşdırmağa çalışdığı tarixi torpaqlarımızdan biri – Talın mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilərin izini itirdiyi Azərbaycan mahalı” adlı süjetdə əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı məkrli planları ardıcıl, sistemli şəkildə həyata keçirildiyi, indiki Ermənistanın əhatə etdiyi, tarixən azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkanlar boşaldıldığı, adların dəyişdirildiyi, bəhanə və  uydurmalarla yaddaşlardan silməyə cəhd göstərildiyi vurğulanır.

Bildirilir ki, Qərbi Azərbaycanda tarixi məkanlardan biri olan  Talın mahalı İrəvan əyalətinin şimal-qərb sərhədlərini əhatə edir: “Mahal İrəvan xanlığının şimal-qərbində Ələyəz (Alagöz) dağının cənub ətəklərində yerləşir. Məşhur Talın karvansarası və Talın qalası bu ərazidədir. Mahalda mövcud olmuş 47 kənddən 27-si rus işğalı nəticəsində dağıdılıb. Talın bölgəsində Aynalı, Quldərviş, Əkərək, Aşnaq, Mehriban, İrind, Sultanabad kimi kəndlər mövcud olub”.

Diqqətə çatdırılır ki, göz oxşayan əsrarəngiz mənzərəyə, çəmənliklərə, hündür silsilə dağlara malik olan mahalın mərkəzi Talin rayonu idi. Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb: “Rayon mərkəzi Yuxarı Talin qəsəbəsi sayılıb və buradan İrəvan şəhərinə olan məsafə 74 kilometr təşkil edib. İndi Aragatz adlandırılan Talin Ermənistanın inzibati ərazi bölgüsündə rayon kimi göstərilib. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə 1935-ci ildən 1978-ci ilədək rayon üzrə tarixi yer adları dəyişdirilərək saxtakarlaşdırılıb. Talın mahalı əvvəl Talin rayonu, indi isə Araqaçotn rayonu adlanır”.

Süjetin sonunda qeyd olunur ki, yalan və saxtakarlıq üzərində qurulan erməni siyasəti öz işini zaman-zaman görüb: “Havadarlarına arxalanaraq başqa millətlərə qarşı xain davranan haylar daim qonşularına xəyanətkarlıq edib, kin, nifrət bəsləyiblər. Zaman gələcək “xain xəyanətinin cəzasını mütləq çəkəcək” və amansızlıqlar göstərərək didərgin saldığı Qərbi azərbaycanlılar doğma Vətənlərinə qayıdacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında avqustun 16-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO