Azərbaycan Avro-2020-yə vəsiqə şansını itirdi
Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Rakus.az xəbər verir ki, milli komandamız səfərdə Macarıstanla qarşılaşıb. Bakıda bu rəqibinə 1:3 hesabı ilə uduzan yığmamız səfərdən sərfəli nəticə ilə dönməyə çalışıb. Erkən qol buraxan millimiz 90+3-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolu ilə hesabı bərabərləşdirsə də, görüşün hollandiyalı referisi Dennis Yohan qolu qeydə almayıb. Üstəlik, baş hakim Mustafazadənin əllə oynadığını iddia edərək ona sarı vərəqə göstərib. Beləliklə, oyun macarların qələbəsi ilə başa çatıb – 1:0.
Bununla da, millimiz Avro-2020-nin final mərələsinə vəsiqə şansını rəsmən itirib.
E qrupunun digər oyununda Uels Xorvatiyanı qəbul edəcək.
13 oktyabr
Avro-2020-nin seçmə mərhələsi
E qrupu
20:00. Macarıstan – Azərbaycan – 1:0
Qol: M.Korhut, 10
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).
Budapeşt. “Qrupama Arena” stadionu.
1. | Xorvatiya | 6 | 4 | 1 | 1 | 13:5 | 13 |
2. | Macarıstan | 7 | 4 | 0 | 3 | 8:9 | 12 |
3. | Slovakiya | 6 | 3 | 1 | 2 | 10:8 | 10 |
4. | Uels | 5 | 2 | 1 | 2 | 5:5 | 7 |
5. | Azərbaycan | 6 | 0 | 1 | 5 | 5:14 | 1 |
(qol.az)