Maraqlı 27.01.2020 08:45

BÜRCLƏR – 27 yanvar

Qoç – Dost və uzaq qohumlarla ünsiyyəti günün ikinci yarısına planlaşdırın. Çünki bu zaman ətrafdakılarla daha yaxşı dil tapmaq iqtidarında olacaqsınız. Gün ərzində gələcəkdə öz xeyrinizə istifadə edə biləcəyiniz xeyli faydalı məlumat ala bilərsiniz.

Buğa – Sizi bu gün flirt gözləyir – asanlıqla vurulur və eyni müvəffəqiyyətlə də insanları özünüzə aşiq edirsiniz. Ancaq hisslərinizi hədər sərf etməyin: bu, sizin özünüzə inamınızı bir qədər laxlada bilər. Üstəlik, alışqanlığınız gözlədiynizdən daha güclü ola bilər, həmçinin seçdiyiniz insanın da etibarlı olduğuna heç kim və heç nə zəmanət vermir.

Əkizlər – Gün təzadlıdır: daxili rahatlığınız sabit olmayacaq, yaxınlarınızla mübahisədə öz nöqteyi-nəzərinizi dəfələrlə müdafiə etməli olacaqsınız. Əhvalınızın sabitliyi ilə də öyünə bilməzsiniz – kədər və şənlik bir-birini səbəbsiz yerə və çox sürətlə əvəz edir. Yaxşı olar ki, dükan-bazar gəzib alver etməyəsiniz, bədxərcliyinizin nəticəsi pis ola bilər.

Xərçəng – Fantaziyanızı məhdudlaşdırmayın. Orijinal ideyalar yaradıcılıqda xeyli irəliləməyinizə kömək edəcək. Tələbə və müəllimlər üçün uğurlu gündür. Həmçinin biznesmenlər də bu gün şikayət etməyəcəklər. Bircə əmma var: heç bir halda ancaq öz mənafeyinizi güdməyin.

Şir – Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq və müxtəlif fəaliyyət sahələrində özünüzü ən yaxşı tərəfdən göstərmək şansınız yaranır. Potensialınız və yaradıcı qabiliyyətiniz çox yüksəkdir. Şirlər bu gün seksual bacarıqları ilə də heyrətləndirəcəklər.

Qız – Bu gün mənfi yüklü hadisələrə reaksiyanız daha güclüdür. Pis fikirləri başınızdan qovun. Nikbin olanlar böyük uğur qazanacaqlarına ümid edə bilərlər. Bunun üçün bir az da əmək sərf etmək və tərəfdaş tapmaq lazımdır.

Tərəzi – Ətrafınızda baş verənləri diqqətlə izləyin, ilk baxışdan əhəmiyyətsiz görünən xırda məsələlər sizə yeni və maraqlı ideyalar verə, gələcək üçün planlar qurmağınıza yardımçı ola bilərlər. Ancaq nəbadə planlarınızdan kiməsə bəhs edəsiniz: paxıllığınızı çəkənlərin gözünə yuxu getmir.

Əqrəb – İnsanların birliyə can atmaları, güclərini birləşdirmə cəhdləri isə həqiqətən, sevindirəcək. Hətta bir vaxtlar düşmən mövqeyində duran insanlar da müttəfiqliyə razı olacaqlar. Bu gün əsası qoyulan işbirliklərinin “ömrü” uzun olacaq.

Oxatan – Bu gün çoxlarının başı yığılıb qalmış problemlərin həllinə qarışacaq. Əlbəttə, bu perspektiv sevindirmir, üstəlik, insanlar əmindirlər ki, uğurlu nəticə əldə etmək mümkün olmayacaq.  Ancaq bu yaxınlarda əldə olunan təcrübədən istifadə edərək şəraiti yaxşılaşdırmaq mümkündür. Odur ki, burnunuzu sallamağa dəyməz.

Oğlaq – Bu gün bol təəssürat yaşayacağınız bir gündür. Bunların bəziləri görüşlər və maraqlı tanışlıqlarla əlaqəlidir. Çox aludə olub başınızı itirməyin. Bu gün istəklərinizlə reallıq arasındakı sərhədi gözünüz görmür və bu səbəbdən yanılmaq ehtimalınız böyükdür. Böyük xərclər gözlənilir. Yalnız ehtiyacınız olan əşyaları alın.

Dolça – Faydalı əlaqələr qura biləcəksiniz. Yaradıcı və intellektual fəaliyyət üçün əla vaxtdır. Sadəcə, xırdalıqlara diqqət yetirməyiniz kifayət edər. İstənilən yenilik, o cümlədən şəxsi həyatınızda da xoş nəticələr verəcək. Ancaq əvvəlcədən yarınızla məsləhətləşib, ondan çox şey istəyib-istəmədiyinizə əmin olun.

Balıqlar – Bütün ciddiyyətinizlə işə girişsəniz, böyük uğurlar qazana bilərsiniz. Həyat eşqiniz və nikbinliyiniz sizi istənilən məclisin ulduzuna çevirəcək, odur ki, yeni tanışlıqlardan imtina etməyin. Nüfuzlu insanlarla görüş çox yerinə düşəcək.  (Milli.Az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO