Siyasi 13.03.2020 11:39

Sahibə Qafarovaya təbrik məktubu göndərildi

Avropa Şurası Parlament Assambleyasının Prezidenti Rik Daems Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

Rakus.az xəbər verir ki, Milli Məclisin Mətbuat xidməti bildirir ki, deputat Sahibə Qafarovanın VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi münasibəti ilə parlamentin ünvanına çoxsaylı təbriklər daxil olmaqdadır. Bu münasibətlə Avropa Şurası Parlament Assambleyasının Prezidenti Rik Daems martın 11-də Spikerin adına təbrik məktubu göndərmişdir. Məktubda deyilir:

“Hörmətli xanım Sədr!
Sizin Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməyiniz xəbəri məni qəlbən sevindirdi. Bu münasibətlə Sizi Avropa Şurası Parlament Assambleyası adından ürəkdən təbrik edirəm!

Fəxr edirəm ki, Parlament Assambleyamızın üzvü belə mühüm vəzifəyə seçilib. Əminəm ki, Sizin bilik, təcrübə və peşəkarlığınız yeni və məsuliyyətli fəaliyyətinizdə faydalı olacaqdır. Siz bizim Assambleyanın həmişə ən fəal üzvlərindən biri olmuşsunuz. Xüsusilə, miqrasiya və gender bərabərliyi ilə əlaqəli məsələlərdə fəal iştirakınız hamı tərəfindən yüksək qiymətləndirilmişdir. Sevinc hissi ilə yanaşı, digər tərəfdən bizləri tərk etdiyiniz üçün təəssüflənirik. İnanıram ki, Sizin Sədr seçilməyiniz Milli Məclislə Parlament Assambleyası arasında əlaqələrin daha da möhkəmlənməsinə öz layiqli tövhəsini verəcəkdir.

Bildiyiniz kimi, mən özüm də bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasının Prezidenti seçilmişəm. Fürsətdən istifadə edərək, vurğulamaq istəyirəm ki, səlahiyyətim müddətində bütün qitədə birlik və əminamanlığı gücləndirmək, Parlament Assambleyası ilə milli parlamentlər arasında münasibətləri yeni səviyyəyə qaldırmaq, Avropa Şurası dəyərləri naminə quruma üzv ölkələrlə daha fəal əməkdaşlıq etmək üçün yorulmadan çalışacağam. Bu missiyanı həyata keçirmək üçün quruma üzv 47 dövlətin və onların milli parlamentlərinin dəstəyinə ehtiyacım olacaq. Məhz bu səbəbdən Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Sizinlə səmimi əməkdaşlığımıza inanıram. Ümid edirəm ki, tezliklə Bakıda görüşmək imkanımız olacaqdır.

Milli Məclisin Sədri kimi mühüm vəzifəni uğurla yerinə yetirməkdə Sizə müvəffəqiyyətlər diləyir və bir daha təbrik edirəm!”

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO