İdman 23.08.2020 14:34

Şahmat Olimpiadasında həlledici görüşlər başlayır

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda bu gün son turların oyunları keçiriləcək.

Rakus.az xəbər verir ki, top divizionun B turnirində mübarizə aparan Azərbaycan komandası üçün bu oyunlar həlledici xarakter daşıyacaq. Belə ki, yarışa qələbə ilə start verən yığmamız, ardıcıl olaraq Niderland, Macarıstan və Cənubi Afrika Respublikasının komandalarını məğlub edib liderliyi ələ alsa da, sonrakı oyunlarda o qədər də yaxşı nəticə göstərməyib. Belə ki, şahmatçılarımız dünən keçirilmiş 3 oyunun cəmi birində (Slovakiya -5:1) qələbə qazanıb. Ukrayna və Qazaxıstan komandalarına 2,5:3,5 hesabı ilə məğlub olan şahmatçılarımız, nəticədə beşinci sırada qərarlaşıblar.
Bu qrupda Macarıstan komandası liderlik edir.

Ümumiyyətlə, top divizionda B qrupu ən balanslı hesab olunurdu. Məsələn, əvvəldən də Fransa, Norveç və Cənubi Afrikanın pley-offa çıxmayacağı aydın idi. Amma Macarıstanın ən yüksək nəticə əldə etməsi, təbii ki, sürpriz hesab olunur. Bu komandanın ən maraqlı oyunlarından biri 4-cü turda Ukrayna şahmatçıları ilə olub. Ukraynanın komandamız üzərində 4:2 qələbəsindən sonra onun liderliyə gedən yolunu kəsən macarlar, sonrakı görüşdə Slovakiyanı (4:2) da məğlub etməklə birinci yeri tutublar.

Qazaxıstan və İspaniya cədvəlin alt-üst olması üçün əllərindən gələni ediblər. Belə ki, hər iki komanda dünənki bütün matçlarda qalib gələrək, Azərbaycan komandasını beşinci yerə sıxışdırıblar.
Düzdür, oyunlar davam edir və ilk sıralarda yer tutan ən azı beş komanda – Macarıstan (10 xal), Ukrayna, Qazaxıstan, İspaniya (hərəyə 9 xal), Azərbaycan (8 xal) yenə də növbəti mərhələyə yüksəlmək və ya hətta birinci yeri tutmaq şansına sahibdir.

Digər qrupların oyunlarına gəldikdə Çin (12 xal), Hindistan (11 xal), Almaniya (9 xal) A, Rusiya (12 xal), Ermənistan (10 xal), Rumıniya (8 xal) C, ABŞ (8 xal), Yunanıstan (7 xal), Polşa (6 xal) D qrupunda ilk 3 yerdə qərarlaşıb.
Bu gün komandamız son turlarda İspaniya, Norveç və Fransa yığmaları ilə mübarizə aparacaq.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO