Siyasi 04.04.2025 22:03

“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Beş yaşım vardı, erməni nefti başıma töküb məni yandırmaq istəyirdi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qaraiman kənd sakini Səbuhi Şamoyevin həyat hekayəsinə həsr olunub.

O, 1971-ci ildə doğulduğunu, ailədə  altı qardaş, bir bacı olduqlarını,  orta məktəb illərində oynadıqları oyunları, Novruz bayramı ənənələrini xatırladıb, Şahdağ silsiləsinin ətəyində yerləşən kəndin gözəl təbiətindən, tayfa, məhəllə, dağ, bulaq və təsərrüfatından söz açıb, uşaq vaxtı valideynlərə kömək etdiklərini deyib.

Onun sözlərinə görə, uşaq vaxtı erməni alçaqlığının şahidi olduğunu deyib: “Mənim 5 yaşım var idi. Kəndə neft gətirib satan bir erməni nefti başıma töküb məni yandırmaq istəyirdi. Qonşunu və anamı görəndə maşına minib qaçdı. Ermənilər o vaxt bizə belə alçaqlıqlar edirdilər. Ermənilər hələ 1918-ci ildə Göyçədə böyük qətliamlar törədib, insanları aldadıb bir yerə yığıb yandırıblar. 1918-ci ildə bizim kəndli Məşədi İsa və Zod kəndinin ağsaqqalı Səməndağa ilə birlikdə camaatı incidən Andranikin generalı Silikovu zərərsizləşdiriblər. Bizim rayonda erməni olmayıb. Onlar 1918-ci ildən sonra gəliblər. Qaraimanda bütün yer adları, yurd adları, qəbiristanlıqlar – hamısı orada yaşayan yerli əhalinin adı ilə bağlıdır. Albanların qəbiristanlığı, III-V əsrə aid kilsə, Ocaqtəpəsi piri var idi. Göyçənin bütün kəndlərindən ora ziyarətə gəlirdilər”.

Qaraiman kənd sakini deportasiya həyatından da söz açıb: “1988-ci ildən başlayaraq rayona gedənləri ermənilər təhqir edirdilər. Hadisələr baş verəndə bizim kənddə iki yerdə post qurulmuşdu, maşınları yoxlayırdıq. O vaxt rayonun erməni birinci katibi kəndlərə gedib məlumat yayırdı ki, çıxın gedin, getməsəniz sizin üçün çox pis olacaq. Bundan sonra kənddən  köç başladı. Bizim ailə kənddən ən sonda çıxdı. 1989-cu il fevralın 15-də qarlı havada bizi gətirib Gəncədə  yerləşdirdilər. Bir aydan sonra Bakıya köçdük”.

S.Şamoyev sonda bildirib ki, oradan gələndə 17 yaşım var idi, hazırda 54 yaşım var: “Nə yuxu görürəmsə, öz kəndimizdə görürəm. Biz nə vaxtsa öz kəndimizə, elimizə, obamıza qayıdacağıq. Çünki ora erməni torpağı deyil, bizim vətənimizdir. O torpaq bizim əcdadlarımızın, babalarımızın torpağıdır. Biz ora mütləq qaydacaq, bulaqlardan yenə su içəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 4-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO