Sosial 25.08.2020 20:42

Bu il aşura günündə qan veriləcək ÜNVANLAR

Ötən illərin praktikasından hər kəsə məlumdur ki, aşura günü bütün məscidlərdə necə izdihamla qeyd olunurdu. İnsanlar ibadətlərini etdikdən sonra elə məscidlərin həyətində ehsan təşkil olunan qanvermə aksiyasında iştirak edirdilər. Ancaq pandemiya səbəbindən ölkədə kütləvi hər hansı tədbirin keçirilməsi qadağan olunub. Məhz buna görə Qafqaz Müsəlmanları İdarəsi və operativ qərərgahın qərarı ilə qanvermə aksiyası mərkəzi qan bankında və onun filiallarında təşkil olunacaq.

Rakus.az xəbər verir ki, bu il vətəndaşlar Mərkəzi Qan Bankında Hemotologiya və Transfiziologiya Mərkəzinə yaxınlaşaraq qan verə biləcəklər. Bir şərtlə ki, vətəndaşlar bütün sosial məsafə qaydalarına riayət edəcək, maska taxacaqlar. Artıq Milli Hematologiya və Transfuziologiya Mərkəzinində qanvermə aksiyası ilə bağlı şöbələr də məlumdur.

Mərkəzi QAN Bankının mütəxəssisi Xəyalə Qafarova mətbuata açıqlamasında bildirib:

“Qan vermək istəyən vətəndaşların əvvəlcə hərarəti ölçüləcək. Bütün sağlamlıq imkanları yoxlandıqdan sonra qan verəcəklər. Bu işdə əsas məsələ aradakı sosial məsafənin qorunmasına diqqət etməkdir. Bu işdə bizə könüllülər və polis əməkdaşları da yardım edəcək.”

Həmçinin bölgələrdə yaşayıb, bu aksiyada iştirak etmək istəyənlər üçün regional ərazilər də müəyyənləşdirilib:

“Ötən il aksiyada 4-5 min insan iştirak etmişdi. Bu il də bu rəqəmlər ətrafında bütün qabaqlayıcı tətbirlər görülüb. Regionlara gəldikdə, Şirvan, Gəncə, Mingəçevir, Sumqayıt, Bərdə, Lənkəran bölmələrinə müraciət edərək qanlarını bağışlaya bilərlər,” -deyə Xəyalə Qafarova əlavə edib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Operativ Qərargahın qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsini, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsini qadağan edib, məscidlərin fəaliyyəti dayandırılıb. Avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq. Qeyd edək ki, bu il Aşura günü avqustun 30-a təsadüf edir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO